Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Boltonun ikinci cəhdi: Vaşinqtondakı Qarabağ görüşü nəyə hesablanıb

© REUTERS / JIM YOUNGCon Bolton
Con Bolton - Sputnik Azərbaycan
Abunə olmaq
Paşinyan da nazirlərin görüşünə saatlar qalmış yenidən müharibə bəyanatları ilə çıxış edib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan bu gün axşam saatlarında Birləşmiş Ştatların paytaxtı Vaşinqtonda görüş keçirəcəklər.

Görüşün Vaşinqtonda keçirilməsi zərurət idimi? Hər iki ölkənin xarici işlər nazirinin Vaşinqtonda görüşə biləcəyi ehtimalı hələ aprel ayının sonlarından bəlli idi. Belə ki, aprelin 26-da keçirdiyi mətbuat konfransında Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün Vaşinqtonda keçirilə biləcəyini və bununla bağlı amerikalı həmkarlarından dəvət gözlədiyini dilə gətirmişdi:

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş - Sputnik Azərbaycan
SİYASƏT
ABŞ-da Qarabağ danışıqları: Bu gün nazirlər görüşürlər
 "Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar hazırlaşmalıdırlar. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, ATƏT-in Minsk qrupunun 3 həmsədri var. Üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Biz buna hazırıq. Növbəti mərhələ mütləq olmalıdır".

İyunun 13-də əvvəlcə Azərbaycan, daha sonra isə Ermənistan XİN- xarici siyasətə məsul şəxslərin Vaşinqtonda görüşəcəyini təsdiqlədi.

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda bu il sayca 4-cü görüşülərini keçirəcəklər. Nazirlərin görüşlərinin sayının intensivləşməsinə baxmayaraq bu görüşə dair gözləntilər elə də yüksək deyil. Bunun da bir neçə səbəbi var. Praktika göstərir ki, nazirlərin görüşü zamanı şifahi olaraq əldə etdiyi razılaşmalar həyata keçirilmir və görüşün yekunlarına dair səsləndirilən bəyanat elə bəyanat olaraq da qalır. Bunu 15 aprel tarixində Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan görüşdə də görmək olardı. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə müəyyən razılaşmalar əldə edilsə də, onların heç bir reallaşmadı.

Həmin görüşə dair Azərbaycan XİN-in yaydığı məlumatda bildirilirdi: "Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər".

Lakin iki aydan artıq bir müddətin keçməsinə baxmayaraq görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətdə ən azı bir praktiki addım belə olsun atılmayıb. Əksinə, görüşdən sonra münaqişə zonasında vəziyyət daha da gərginləşib. Belə ki, mayın 30-u Ağdam rayonu istiqamətində düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlu şəhid oldu. Bundan sonra isə tərəflər bir-birilərini vəziyyəti gərginləşdirməkdə ittiham etdi. İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirən vaxt Ermənistan silahlı qüvvələri "OSA" zenit-raket kompleksini tətbiq etməklə Azərbaycanın aviasiya vasitələrini vurmağa cəhd etdi. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.

Советник президента США по вопросам национальной безопасности Джон Болтон - Sputnik Azərbaycan
ABŞ Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazır olduğunu bəyan edib
 Düzdür, Ermənistan öz istəyinə çatmasa belə, bu uğursuz cəhd vəziyyəti bir qədər də gərginləşdirdi. İyunun 17-i isə separatçı rejim Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində genişmiqyaslı təlimlərə başladı. İddiaya görə, təlimlərə 10 mindən çox hərbçi, 200-dən çox artilleriya sistemi, 150-ə yaxın zirehli texnika, 400 ədəd avtomobil cəlb olunub. Maraqlıdır ki, bu təlimlər ayın 20-ə qədər, yəni, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçiriləcəyi günə qədər davam edib.

Məlum görüşdən 2 gün əvvəl – iyunun 18-də Azərbaycan Müdafiə naziri Zakir Həsənovun jurnalistlərlə görüşməsi və mühüm bəyanatlar səsləndirməsini də qətiyyən təsadüf adlandırmaq olmaz. Həmin görüşdə ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində də genişmiqyaslı işlərin görüldüyünü deyən Z.Həsənov bildirib: "Bilirsiniz ki, döyüş hazırlığının əsas hissəsi şəxsi heyətin, hissə və birləşmələrin səhra bacarığının artırılmasıdır. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk, müasir təlim mərkəzləri qurmuşuq. Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün fəsillərində keçirilir. Biz gündən-günə daha böyük hissə və birləşmələri bu təlimlərə cəlb edirik. 2016-cı ildə üç gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır".

Bu arada Ermənistan Baş naziri Nikol Paşinyan da nazirlərin görüşünə saatlar qalmış yenidən müharibə bəyanatları ilə çıxış edib. O, Azərbaycanı danışıqları konstruktiv məcradan çıxarmaq cəhdində ittiham edərək Qarabağda hər an hərbi əməliyyatların başlaya biləcəyini bəyan edib. Görüş ərəfəsində Ermənistan hökumətinin rəhbərini belə bir bəyanatla çıxış etməsi onun danışıqlarda maraqlı olmadığının bariz göstəricisidir.

Министр иностранных дел Армении Зограб Мнацаканян - Sputnik Azərbaycan
Erməni nazir Vaşinqtona gedir, Qarabağ müzakirə olunacaq

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ərəfəsində cəbhədə vəziyyətin gərginləşməsi, üstəgəl tərəflərin ən yüksək səviyyədə səsləndirdiyi bəyanatlar onsuzda gərgin keçən münaqişənin nizamlanması prosesinə dair danışıqlarda hansısa nəticənin əldə olunacağı şansını daha da azaldır. Beynəlxalq vəziyyətin, xüsusi ilə Minsk qrupunun həmsədr ölkələrindən olan və münaqişə tərəflərinə təsir mexanizmlərinə malik ABŞ və Rusiya arasında münasibətlərin gərgin olması da münaqişənin həllinin çətinləşdirən amillərdəndir. Düzdür ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton artıq Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında dialoqun davamına imkan yaratmaq üçün onlarla görüşü səbirsizliklə gözlədiyini bəyan edib. O, qeyd edib ki, rəsmi Vaşinqton regionda sülh məsələsinin irəliləyişində kömək göstərməyə hazırdır. Lakin Boltonun bu fikirləri ilk baxışdan maraqlı görünsə də bu görüşlərdən hər hansı bir nəticənin əldə olunacağı bir o qədər də şübhəlidir. Çünki, hələ ötən ilin sonlarında Boltonun Cənubi Qafqaz regionu ölkələri, xüsusi ilə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra səfərindən sonra səsləndirdiyi bəyanatlar Dağlıq Qarabağ münaqişəsinin həllində ən azı irəliləyişin baş verəcəyinə ümid yaratsa da, keçən müddət ərzində münaqişənin həllində heç bir dəyişiklik olmadı. Ona görə də Vaşinqtonda baş tutacaq nazirlərin görüşündən nəticə gözləməyə dəyməz.

Xəbər lenti
0