QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sarqsyandan etiraf: "Azərbaycanda hakimiyyət çəkişməsi Şuşanın taleyini həll etdi"

© AFP 2023 / EMMANUEL DUNANDErmənistanın sabiq prezidenti Serj Sarqsyan
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş dövlət başçısı: "Azərbaycan hərbçilərinin uğurlu hücumu nəticəsində ən yüksək döyüş qabiliyyətinə malik erməni batalyonu məhv edilmişdi"

BAKI, 10 may — Sputnik. Ermənistanın sabiq Prezidenti Serj Sarqsyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Bu barədə Sputnik Azərbaycan Ermənistanın "Aysor.am" nəşrinə istinadən xəbər verir.

Разрушенная мечеть в оккупированном Арменией городе Шуша, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Şuşasız dözə bildiyimiz 27 il...

Şuşanın işğalından danışan sabiq Prezident bildirib ki, Şuşa əməliyyatı zamanı müvəffəqiyyətsizlik ermənilərin məğlubiyyəti ilə nəticələnə bilərdi: "Məhz buna görə Şuşaya hücum əməliyyatı hazırlanarkən biz xeyli müzakirələr apardıq. Buna qədər biz iki dəfə əməliyyatı təxirə saldıq. Şuşaya hücum dörd istiqamətdən baş vermişdi".

Sarqsyan, həmçinin deyib ki, Şuşanın işğalından üç ay əvvəl - yanvar ayında Azərbaycan hərbçiləri böyük hücum həyata keçirmişdilər: "Azərbaycan hərbçilərinin uğurlu hücumu nəticəsində ən yüksək döyüş qabiliyyətinə malik erməni batalyonu məhv edilmişdi".

"Lakin həmin vaxt Azərbaycanda hakimiyyət uğrunda çəkişmə gedirdi, total nizamsızlıq mövcud idi və bu da bizə çox kömək etdi. Əməliyyatda yalnız könüllülər iştirak edirdi. Robert Koçaryan, Bako Saaakyan, Samvel Karapetyan da döyüşlərdə iştirak edirdi" - o vurğulayıb.

"Ümumi məsuliyyəti mən daşıyırdım. Mən Robert Koçaryan və Vazqen Sarkisyana məruzə edirdim. Şuşanın alınması barədə ayaqüstü danışmaq çətindir, lakin mən qətiyyətlə təkrar edirəm ki, Şuşanın alınması çox şeyi həll edirdi" - Saqrsyan əlavə edib.

Xəbər lenti
0