08:04 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
164 0 0

Belarus Prezidenti: "Bu siyahıya Ukrayna da əlavə olunub və bu, olduqca ciddi münaqişədir"

BAKI, 29 aprel — Sputnik. "ATƏT Avropa regionunda münaqişələrə göz yummamalıdır". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA-nın sədri Giorgi Tsereteli ilə görüşü zamanı deyib.

"Bizim burada, ümumi evimizdə həll olunmalı xeyli problemlər – Dağlıq Qarabağ, Dnestryanı bölgə var. Bu siyahıya Ukrayna da əlavə olunub və bu, olduqca ciddi münaqişədir. Çoxları bunu müharibə olaraq da adlandırır" - o bildirib.

"Bu məsələlərə zəif münasibət bildirdiyinə görə ATƏT-i çox vaxt tənqid edirəm, halbuki bütün bunlar Avropada təhlükəsizliklə bağlı təşkilat olan ATƏT-in birbaşa səlahiyyətinə aiddir. Təşkilat Avropa regionunda təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir. Bu kimi problemlərə qətiyyən göz yummaq olmaz" - deyə Lukaşenko vurğulayıb.

Əlaqədar

“Sülhün alternativi fəlakətdir” - erməni nazir Qarabağdan danışdı
Əliyev və Putin Qarabağın həlli yolunu müzakirə ediblər
Uruqvay XİN: Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq
Niderland səfiri Qarabağ probleminin həllinə dair fikirlərini bölüşdü
Teqlər:
Belarus, Aleksandr Lukaşenko, region, münaqişə, Avropa, ATƏT

Əsas mövzular