QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kritik görüşə saatlar qaldı, Qarabağın taleyi müzakirə olunacaq

© AP Photo / Paul GolovkinSergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger
Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Sergey Lavrov ilə Tomas Qreminger arasında görüş keçiriləcək

BAKI, 24 aprel — Sputnik. Bu gün Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə ATƏT-in baş katibi Tomas Qreminger arasında görüş keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunacaq. 

Örl Litsenberger - Sputnik Azərbaycan
SİYASƏT
Səfir: “Dağlıq Qarabağla bağlı dialoqun davam etdirilməsini gözləyirik”

Bu faktı ötən həftə həftəlik brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova da təsdiqləmişdi. O bildirmişdi ki, görüş aprelin 24-də Moskva şəhərində keçiriləcək illik Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, aprelin 15-də Moskvada baş tutan görüşdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri, girovların yaxınlarının onları ziyarət etməsinə dair tədbir görməklə bağlı razılığa gəliblər.

"Tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı bundan sonra da sabitlikdə maraqlı olduqlarını təsdiqləyiblər. Tərəflər, həmçinin hər iki ölkədə saxlanılan məhbusların yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, həmçinin media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər" - deyə Rusiya XİN-in görüşün yekunlarına dair yaydığı bəyanatda bildirilib.

Xəbər lenti
0