QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vaşinqtondan Dağlıq Qarabağla bağlı yeni təklif gəlib

© AP Photo / Andrew HarnikABŞ bayrağı
ABŞ bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü ABŞ paytaxtında keçirilə bilər

BAKI, 18 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Yaçek Çaputoviçlə ötən gün keçirdiyi brifinqdə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni görüş ABŞ-da keçirilə bilər. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Nazirin sözlərinə görə, Birləşmiş Ştatlardan Vaşinqtonu ziyarət etmək barədə təklif gəlib. Dövlət katibi də münaqişənin həllində irəliləyişə nail olmaq üçün öz səylərini göstərəcək.

Ermənistan XİN isə məsələni şərh etməyib. Nazirlikdən bildirilib ki, nazirlərin yeni görüşü barədə məlumat olan kimi bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, aprelin 15-də Moskvada baş tutan görüşdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri, girovların yaxınlarının onları ziyarət etməsinə dair tədbir görməklə bağlı razılığa gəliblər.

Министр иностранных дел РФ Сергей Лавров, министр иностранных дел Азербайджана Эльмар Мамедъяров и министр иностранных дел Армении Зограб Мнацаканян во время встречи в Москве. - Sputnik Azərbaycan
QARABAĞ
Moskvadan ümidverici Qarabağ bəyanatı: Son razılaşmalar kağız üzərində qalmayacaq

"Tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı bundan sonra da sabitlikdə maraqlı olduqlarını təsdiqləyiblər. Tərəflər, həmçinin hər iki ölkədə saxlanılan məhbusların yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, həmçinin media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər" - deyə Rusiya XİN-in görüşün yekunlarına dair yaydığı bəyanatda bildirilib.

Qeyd olunur ki, görüş iştirakçıları əlaqələri yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

Xatırladıq ki, Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü keçirilib. Görüş zamanı tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Xəbər lenti
0