QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Moskvadan ümidverici Qarabağ bəyanatı: Son razılaşmalar kağız üzərində qalmayacaq

© Sputnik / Eduard Pesov / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров, министр иностранных дел Азербайджана Эльмар Мамедъяров и министр иностранных дел Армении Зограб Мнацаканян во время встречи в Москве.
Министр иностранных дел РФ Сергей Лавров, министр иностранных дел Азербайджана Эльмар Мамедъяров и министр иностранных дел Армении Зограб Мнацаканян во время встречи в Москве. - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrov: "Bakı və Yerevan bu dəfə razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır"

BAKI, 17 aprel — Sputnik. Rəsmi Moskva hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Bakı ilə Yerevan arasında əldə olunan son razılaşmalar kağız üzərində qalmayacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı İviça Dadiçlə danışıqların yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin təlimi - Sputnik Azərbaycan
TƏHLİL
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək

"Bəli, mən daha əvvəl də bu cür şeyləri, xüsusi ilə humanitar sahədə daha əvvəl razılaşma əldə olunduğu, lakin buna əməl edilmədiyinə dair şərhləri oxumuşam. Bu düzdür. Lakin aprelin 15-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün yekunları, hazırda gedən işlərin atmosferini hiss edərək məndə belə əsas yaranır ki, Bakı və Yerevan bu dəfə razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır. Biz buna yardım edəcəyik" - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, aprelin 15-də Moskvada baş tutan görüşdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri, girovların yaxınlarının onları ziyarət etməsinə dair tədbir görməklə bağlı razılığa gəliblər.

"Tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı bundan sonra da sabitlikdə maraqlı olduqlarını təsdiqləyiblər. Tərəflər, həmçinin hər iki ölkədə saxlanılan məhbusların yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, həmçinin media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə hazır olduqlarını bildiriblər" - deyə Rusiya XİN-in görüşün yekunlarına dair yaydığı bəyanatda bildirilib.

Qeyd olunur ki, görüş iştirakçıları əlaqələri yaxın gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

Xatırladıq ki, Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü keçirilib. Görüş zamanı tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Xəbər lenti
0