03:54 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Kremlin görünüşü

Moskvada üç nazir bir araya gəldi – Qarabağ üçün önəmli görüş başladı

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
59 0 0

Daha sonra görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər

BAKI, 15 aprel — Sputnik. Rusiyanın paytaxtı Moskvada bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşü keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

​Görüş zamanı tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcəyi gözlənilir.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.

Daha sonra görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Əsas mövzular