08:49 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9126
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Parisdə keçirilmiş görüş

Moskvada Qarabağla bağlı kritik görüş olacaq

© AR XİN-in mətbuat xidməti.
QARABAĞ
Qısa URL
138 0 0

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya xarici işlər naziri də iştirak edəcək

BAKI, 15 aprel — Sputnik. Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək.

Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Əsas mövzular