19:34 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

"Paşinyan separatçı rejimi müzakirə tərəfinə çevirmək istəyir"

© Official web-site of President of Azerbaijan Republic
QARABAĞ
Qısa URL
6202 0 0

Ziyafət Əsgərov: "Azərbaycan danışıqlar formatının dəyişdirilməsinin qəti əleyhinədir"

BAKI, 12 mart - Sputnik. "Biz separatçı rejimi tanımırıq. Sözsüz ki, Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışı sülh danışıqlarının düzgün məcrada aparılmasına maneə yaradır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, Ermənistan danışıqlardan qaçmaq, onu pozmaq üçün hər zaman müxtəlif bəhanələr gətirir ki, format dəyişdirilsin, separatçı rejim danışıqlarda iştirak etsin.

"Bu format 1992-ci ildə ATƏT-in Minsk qrupu tərəfindən təsdiq edilib və danışıqlar da bu istiqamətdə davam etməlidir. Bizim mövqeyimiz hamıya – beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bəllidir. Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir. Çünki münaqişə Azərbaycan ilə Ermənistan arasındadır, Ermənistan torpaqlarımızı işğal edib" - vitse-spiker vurğulayıb.

"Amma Ermənistan hər vəchlə danışıqların bu formatda aparılmasına maneə törətməyə çalışır. Ona görə də Minsk qrupu da hesab edir ki, danışıqlar formatı dəyişməz olaraq qalmalıdır" - o, qeyd edib.

Z.Əsgərov diqqətə çatdırıb ki, danışıqlar bu istiqamətdə gedəcəksə, Azərbaycan bunun tərəfdarı olacaq: "Amma Ermənistan imitasiya yaradır, danışıqları pozmaq istəyir. Biz həm beynəlxalq hüquqdan, həm ordumuzdan, həm beynəlxalq dəstəkdən istifadə edib, istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bütün hallarda biz istəyirik ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın. Əgər başqa variant olacaqsa, biz buna da hazırıq".

Əlaqədar

Avropa İttifaqından Paşinyanın "yeni format" təklifinə rədd cavabı verildi
"Paşinyanın son açıqlamaları həmsədrlərin fəaliyyətini məhv etməyə yönəlib"
Paşinyan təcili Qarabağa gəldi, Ermənistan tarixində bir ilk baş verəcək
Teqlər:
Ziyafət Əsgərov, Azərbaycan, Minsk qrupu, ATƏT, danışıqlar, Nikol Paşinyan, separatçı rejim

Əsas mövzular