18:26 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ bölgəsində

Paşinyan təcili Qarabağa gəldi, Ermənistan tarixində bir ilk baş verəcək

© Sputnik / Aram Nersesyan
QARABAĞ
Qısa URL
2392 0 0

Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası ilk dəfə Qarabağda keçiriləcək

BAKI, 11 mart — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Sputnik Ermənistan xəbər verir ki, Qarabağda Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.

Paşinyan Qarabağa helikopterlə gedib. Ermənistan Təhlükəsizlik Şurasının iclasında ATƏT-in Minsk qrupunun son bəyanatının müzakirə olunacağı gözlənilir.

Bu arada, Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası ilk dəfədir ki, Qarabağda keçiriləcək.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərinin yekunlarına dair yaydığı birgə bəyanatında bildirilib ki, Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər.

Bəyanatda qeyd olunur ki, həmsədrlərin bu yaxınlardakı Bakı və Yerevan səfərləri zamanı liderlərin yanvar ayında Davosdakı Dünya İqtisadi Forumu zamanı baş tutan danışıqları barədə onları məlumatlandırıblar.

Xatırladaq ki, regiona son səfərləri zamanı həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla sözügedən ölkələrdəki mövcud vəziyyəti müzakirə edərək bundan sonrakı addımlarla bağlı gözləntilərini çatdırıblar.

Minsk qrupu həmsədrləri təmas xəttində itkilərin olmaması ilə müşayiət edilən davamlı vəziyyəti müsbət qiymətləndiriblər. Həmsədrlər, eyni zamanda əhalinin sülhə hazırlanması barədə regionda aparılan müzakirələri məmnunluqla qarşılayıblar.

Əlaqədar

Erməni minaaxtaran minaya düşüb
Rusiyanın Ermənistandakı hərbi bazasında qan töküldü
Həmsədrlər Azərbaycan və Ermənistan liderləri ilə görüşə hazırdırlar
Türkiyə ermənilərinin patriarxı ölüb
Teqlər:
səfər, Təhlükəsizlik Şurası, Qarabağ, Nikol Paşinyan, baş nazir, Ermənistan

Əsas mövzular