QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Rusiyanın Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməyib” – Zaxarova

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidRusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova
Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova ötən həftə də Qarabağ münaqişəsinə dair suala cavab verməli olub

BAKI, 7 mart — Sputnik. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi dəyişməyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Maria Zaxarova Azərbaycana gəlib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mariya Zaxarova Bakıdadır

"Bizim Qarabağ münaqişəsinə dair mövqeyimiz dəyişməzdir və hamıya məlumdur" – deyə Zaxarova bildirib.

Qeyd edək ki, Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova ötən həftə də Qarabağ münaqişəsinə dair suala cavab verməli olub. O, bildirmişdi ki, dəhşətli və qanlı Qarabağ münaqişəsi həm Azərbaycan, həm də Ermənistan tərəfdən bir çox günahsız insanlara ölümünə səbəb olub və ağrı-acı gətirib: "Rusiya həmişə bu münaqişəni həmişə ağır faciə hesab edib və ağır faciə hesab etməyə davam edir. Bizim ölkəmiz tərəflərə bu münaqişənin dinc yolla həllinin tapılmasına yardım etmək məqsədilə böyük və qətiyyətli səylər göstərir. Biz bundan sonra bu regionda siyasətimiz kontekstində bu məsələyə xüsusi diqqət ayıracağıq".

Xəbər lenti
0