14:47 25 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Ermənistanın baş naziri Nikol Paşinyan

Avropa İttifaqından Paşinyanın "yeni format" təklifinə rədd cavabı verildi

© AFP 2019 / TATYANA ZENKOVICH
QARABAĞ
Qısa URL
128 0 0

Yohannes Han: "Format dəyişə bilməz, yalnız yenilik üçün nəsə yeni bir şey yaratmağa çalışmaq lazım deyil"

BAKI, 6 mart — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri davam edir. Sputnik Ermənistan xəbər verir ki, o, Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla görüşüb.

Görüşün yekunlarına dair Nikol Paşinyan və Yohannes Han birgə mətbuat konfransı keçirib. Mətbuat konfransı zamanı Paşinyan Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutacaq görüş barədə sualı da cavablandırıb.

"Bizim görüşümüz, həmçinin danışıqlar formatına da həsr olunacaq. Biz hesab edirik ki, münaqişənin nizamlanması üçün ilk effektiv format yaratmaq, Dağlıq Qarabağın iştirakını təmin etmək lazımdır" - deyə Paşinyan bildirib.

Yohannes Han isə öz növbəsində Paşinyanla razılaşmayaraq, xüsusilə vurğulayıb ki, tərəflər Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını saxlamalıdır: "Söhbət bizim dəstəyimizdən gedirsə, mən hesab edirəm ki, hazırkı danışıqlar formatını saxlamaq lazımdır. Yalnız yenilik üçün nəsə yeni bir şey yaratmağa çalışmaq lazım deyil. Ümumi planda söhbət tərəflər arasında inam əldə olunmasından gedir".

Əlaqədar

Bakıda ermənilərin dəhşətli əməli barədə həyəcan siqnalı verildi
Məmmədyarovdan erməni həmkarına sual: "Sıravi vətəndaşlarınız nə qazandılar?"
XİN: Biz Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsi məqsədilə danışıqlar aparırıq
"Erməni tərəfindən soruşun ki, biz xalqları nəyə hazırlayaq?"
Teqlər:
Qarabağ, Yohannes Han, Brüssel, Nikol Paşinyan, baş nazir, Ermənistan

Əsas mövzular