09:58 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi Üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair Beynəlxalq konfrans

"Etnik təmizlənməyə məruz qalan azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar"

© Sputnik / Eldar Tanryverdiyev
QARABAĞ
Qısa URL
60 0 0

Elmar Məmmədyarov: "Ermənistan hökuməti özü Suriya ermənilərinin bu ərazilərə köçürüldüyünü bəyan edir ki, bu da Ermənistanın özünün belə ratifikasiya etdiyi bır sıra beynəlxalq konvensiyaların pozulması deməkdir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. "Dünyadakı digər münaqişələrdən fərqli olaraq Azərbaycanın hüquqi əsasları var ki, münaqişənin həllinə iddialı olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakı Biznes Mərkəzində Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçünçü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair Beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu baxımdan etnik təmizlənməyə məruz qalan azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar: "İşğal olunmuş ərazilərdə xarici ölkələrə məxsus şirkətlərin fəaliyyəti qəbulolunmazdır. Bu məsələni Cenevredə olarkən qaldırdım. Bildirdim ki, bu, münaqişənin həllinə töhfə vermir. Əksinə əngəllər yaradır".

"Biz bu xarici şirkətlərlə bağlı onların məxaus olduğu ölkələrə müraciət edəcəyik. Çünki burada məsuliyyət həmin ölkələrin üzərinə düşür. Onlar imkan verməməlidir ki, həmin şirkətlər beynəlxalq qanunları pozsun" - XİN başçısı bildirib.

"Biz ermənilərin işğal altında olan Azərbaycan torpaqlarında süni şəkildə demoqrafik fonu dəyişdiyini görürük. Məsələn, Ermənistan hökuməti özü Suriya ermənilərinin bu ərazilərə köçürüldüyünü bəyan edir ki, bu da Ermənistanın özünün belə ratifikasiya etdiyi bır sıra beynəlxalq konvensiyaların pozulması deməkdir" - deyə Məmmədyarov əlavə edib.

Əlaqədar

Markov: "Qarabağ münaqişəsinin nizamlanması üçün çox yaxşı ilkin şərtlər var"
Sarqsyanın qardaşı Qarabağ separatçılarına 20 milyon dollar bağışladı
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətini gücləndirməlidir"
Teqlər:
XİN, Elmar Məmmədyarov, Ermənistan, Azərbaycan

Əsas mövzular