20:04 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov

Mübariz Mənsimov dünya azərbaycanlılarına müraciət edir

© Facebook / Mubariz Mansimov
QARABAĞ
Qısa URL
456 0 0

İstanbulda "Xocalı üçün paylaş" kampaniyasına start veriləcək

BAKI, 20 fevral — Sputnik. İstanbulda "Palmali" Şirkətlər Qrupu tərəfindən Xocalı soyqırımının anım günü ilə əlaqədar böyük "Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyası təşkil olunacaq. Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, İstanbul Universitetində baş tutacaq kampaniya dörd dildə (ingilis, türk, rus və fransız), əsasən tələbələrdən ibarət könüllülər tərəfindən aparılacaq.

26 fevral, 2019-cu il, saat 12:00-da İstanbul Universitetində başlayacaq kampaniyanın əsas məqsədi başda "Twitter" olmaqla, bütün sosial şəbəkələrdə o günün anlam və önəminin dünyaya çatdırılmasıdır.

"Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər #hocalıiçinpaylaş və #shareforkhojaly həştəqləri ilə sosial şəbəkədə həm Türkiyə, həm də dünya üzrə ilk sıralara daxil olmağı hədəfləyirlər. Üzərində "Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyasının xüsusi geyimi olan və sosial media üzrə xüsusi təlim keçmiş 200 könüllü gün ərzində bu həştəqlərlə Xocalı soyqırımı başda olmaqla, Qarabağ həqiqətlərini dünyaya çatdıracaq, Xocalıya ədalət üçün dünyaya meydan oxuyacaqlar.

Bu barədə açıqlama verən "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib: "Məqsədimiz təkcə Türkiyədə deyil, bütün dünyada Xocalı ağrı-acısını, orada yaşananları paylaşmaq, yeni çağın ən təsirli silahı olan sosial media vasitəsi ilə erməni daşnaklarının vəhşicəsinə törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır. Bu səbəbdən də dünya azərbaycanlılarını Xocalı üçün bu həqiqətləri paylaşmaqda aktiv olmağa dəvət edirik".

Qeyd edək ki, "Palmali" Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı ilə keçiriləcək "Xocalı üçün paylaş" Sosial Media Kampaniyasına təşkilati dəstəyi "Yeni Çağ" Media Qrupu və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi (Azerbaycan Kültür ve Dayanışma Topluluğu) verir. Layihənin koordinatorları Aqil Ələsgər, Nihad Allahyarlı və Rəşid Mustafazadədir.

Saat 12-də başlayacaq və gecə 23:59-a qədər davam edəcək kampaniyaya millət vəkilləri, elm xadimləri, ictimai xadimlər, iş adamları, sənətçilər və digər tanınmış şəxslər qatılacaqlar.

Əlaqədar

Xocalıda baş verənlər Azərbaycan xalqına qarşı törədilən soyqırımıdır – Rusiyalı deputat
Xocalı soyqırımı ilə bağlı sərəncam imzalandı
Prezident Administrasiyasında Xocalı soyqırımına dair tədbirlər planı təsdiqlənib
Teqlər:
kampaniya, Xocalı soyqırımı, azərbaycanlı iş adamı Mübariz Mənsimov, "Palmali" şirkətlər qrupu, İstanbul

Əsas mövzular