02:30 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Крепость в оккупированном Арменией городе Аскеран, фото из архива

Münhendə Qarabağa dair Ermənistan – Azərbaycan görüşünün keçirilməsi gözlənilir

CC BY-SA 2.0 / ogannes / Askeran
QARABAĞ
Qısa URL
26 0 0

Mnatsakanyan Münhendə keçirilən konfransda iştirak etməyi planlaşdırır

BAKI, 29 yanvar — Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan fevralda Münhendə keçiriləcək təhlükəsizlik üzrə beynəlxalq konfransda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini istisna etmir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Heç nəyi istisna etmək olmaz. Ənənəvi olaraq əgər görüş barədə razılaşma olarsa, biz əvvəlcədən bu barədə ictimaiyyəti məlumatlandırırıq. Bizim irəliyə doğru hərəkət etdiyimiz aydındır, görüşün vaxtına və digər məsələlərə gəldikdə, biz çalışırıq, onları razılaşdıraq və cəmiyyətə bu barədə məlumat verək", - deyə Mnatsakanyan "Təhlükəsizlik üzrə Münhen Konfransında Qarabağ problemi ilə bağlı görüş keçirilə bilərmi?" sualını cavablandırarkən bildirib.

Ermənistan XİN rəhbəri qeyd edib ki, o, Münhendə keçirilən konfransda iştirak etməyi planlaşdırır.

Əlaqədar

Qarabağ üçün mühüm görüş başladı
Politoloq: “Rusiyanın iradəsi Qarabağ münaqişəsini ölü nöqtədən çıxaracaq”
Xanım Qarabağ qazisi: "Biz çatanda patronları bitmişdi, xəndəklərdə uzanmışdılar"
Koçaryan həbsdən səsləndi: “Paşinyan Qarabağ danışıqlarında səhvlər edib”

Əsas mövzular