17:50 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli film təqdim edilib

Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli film təqdim edildi

© AR MN-in mətbuat xidməti.
QARABAĞ
Qısa URL
33 0 0

V.Seryogin 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa istiqamətində erməni yaraqlıları vertolyotu atəşə tutması nəticəsində heyətlə birlikdə qəhrəmancasına həlak olub

BAKI, 28 yanvar — Sputnik. Yanvarın 28-də Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginə həsr edilmiş “Əbədiyyətə uçuş” sənədli filminin təqdimatı keçirildi. “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan film “Salnaməfilm” studiyasında ekranlaşdırılıb.

Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli film təqdim edilib
© AR MN-in mətbuat xidməti.
Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli film təqdim edilib

Sputnik Azərbaycan xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yolları və Milli Aviasiya Akademiyasının təşkilatçılığı gerçəkləşib.

Dövlət himni səsləndirildikdən sonra MAA-nın tədris işləri üzrə prorektoru Ədalət Səmədov tədbir iştirakçılarını akademiyanın rektoru, akademik Arif Paşayevin adından salamladı və aviasiya sahəsində xidmətlər göstərən milli qəhrəmanlar haqqında filmin tələbələr qarşısında nümayişinə göstərilən təşəbbüsə görə təşəkkürünü bildirdi.

Filmin yaradıcı heyətinə minnətdarlığını ifadə edən prorektor qorxmaz pilotun ömür yolundan danışdı. Bildirdi ki, Viktor Seryogin 23 mart 1944-cü ildə Tbilisi şəhərində doğulub. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilib. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olub. Dəfələrlə ordenlərlə təltif edilib. O, Ağdərə, Şuşa, Ağdamda dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşımışdı. Azərbaycanı öz doğma vətəni qədər sevən V.Seryogin 28 yanvar 1992-ci ildə Ağdam-Şuşa istiqamətində erməni yaraqlıları vertolyotu atəşə tutması nəticəsində heyətlə birlikdə qəhrəmancasına həlak olub, Ölməz qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Respublika Prezidentinin 25 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda yaşadığı Xəzər rayonunun Buzovna qəsəbəsində qəhrəmanın adına küçə və Xarkov şəhərində isə yaşadığı binaya xatirə lövhəsi vurulub.

Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli film təqdim edilib
© AR MN-in mətbuat xidməti.
Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli film təqdim edilib

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə Qeyd etdi ki, bir neçə ildir, Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş silsilə sənədli filmlər lentə alınır: “Bu günə kimi 70-dən artıq film ərsəyə gəlib. Bu ekran əsərlərinin təqdimatları əsasən əlamətdar günlərdə, şəhidlərin xatirə günlərində onların oxuduqları məktəb və yaşadıqları regionlarda reallaşır. Viktor Seryoginə həsr olunmuş filmin Milli Aviasiya Akademiyasında təqdim edilməsindən məmnunuq. Şəhidlərin xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayır və mədəniyyət sahəsində çalışan insanlar hər zaman öz fəaliyyətlərində onların xatirəsinin əbədiləşdirilməsi işini böyük ehtiramla həyata keçirməyə çalışır, tarixin gələcəyə ötürülməsini təmin edirlər”.

Almaz Sultanzadə filmin ərsəyə gəlməsində dəstəyi olan əlaqədar təşkilatlara təşəkkürünü bildirdi, ekran əsərinin yaradıcı heyəti haqqında məlumatı diqqətə çatdırdı.

“Silk Way Helicopter Services” aviaşirkətinin baş direktoru Azər Sultanov həmkarları Viktor Seryogin haqqında sənədli filmin çəkilməsindən məmnunluğunu dilə gətirdi: “Bu gün Viktor Seryoginlə o ağır illərdə birgə işləmiş, uçuşlar etmiş pilotlarla birgə çalışıram və onların unudulmaz xatirələrində qəhrəmanlar hər zaman yaşayır. Sevinirəm ki, Seryogin kimi qəhrəmanların vətənpərvərliyi gənc nəslə təbliğ edilir Bu gün Azərbaycan aviasiyası inkişaf edir. Həmin illərə nəzərən hazırda ordumuzun maddi-texniki təchizatı müqayisəyəgəlməz dərəcədə müasirləşib”.

Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli film təqdim edilib
© AR MN-in mətbuat xidməti.
Milli Qəhrəman Viktor Seryoginə həsr edilmiş sənədli film təqdim edilib

Filmin rejissoru Cəmil Fərəcov tədbir iştirakçılarına təşəkkür edərək filmin çəkilişlərində dəstək göstərən təşkilatlara və qəhrəmanın pilot dostlarına minnətdarlığını bildirdi.

Təyyarəçi, MAA-nın müəllimi, Qarabağ müharibəsi iştirakçısı Bayram Muxtarov Viktor Seryoginlə bağlı xatirələrini bölüşdü. O, şəhid pilotun həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs edərək bu şərəfli ömrün gənc nəsillər üçün örnək olduğunu vurğuladı.

Daha sonra “Əbədiyyətə uçuş” filmi nümayiş olundu. Qəhrəmanın həyat yolundan bəhs edən filmdə Viktor Seryoginin təyyarəçi dostlarının xatirələri yer alıb.

Filmin operatoru Nizami Abbas, icraçı prodüseri Kamil Məmmədovdur.

Əsas mövzular