QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sarqsyanın partiyasında təlaş: Paşinyan Əliyevlə deyil, bizimlə məsləhətləşməlidir

Abunə olmaq
Armen Aşotyan: "Hazırkı hakimiyyət danışıqlar prosesində erməni tərəfinin mövqeyini yumşaldır, digər tərəfdən isə anlaşılan alternativlər təqdim etmir"

BAKI, 25 yanvar — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycan Prezidenti İlham Əliyevlə deyil, ən azından öz sələfi, sabiq prezident Serj Sarqsyan və ya respublikanın sabiq xarici işlər naziri Edvard Nalbandyanla fikir mübadiləsi aparmalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
QARABAĞ
Paşinyan Əliyevlə görüşdən əvvəl kiminlə telefonla danışıb?

Bu barədə Sputnik Ermənistan-a açıqlamasında Ermənistanın Respublikaçı Partiyasının sədr müavini Armen Aşotyan deyib. Son hadisələri şərh edən Aşotyan bildirib ki, yeni hökumət periodik olaraq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı narahatlıqların dərinləşməsi üçün səbəb verir.

"Hazırkı hakimiyyət danışıqlar prosesində erməni tərəfinin mövqeyini yumşaldır, digər tərəfdən isə anlaşılan alternativlər təqdim etmir" - o vurğulayıb.

Aşotyanın sözlərinə görə, Paşinyan əvvəllər "Stepanakert (Xankəndi - red.) danışıqlar masasına qayıtmayana qədər danışıqlar davam etməyəcək" deməklə Qarabağ məsələsindən ölkədaxili manipulyasiyalar üçün istifadə edib: "Aydın deyil ki, niyə son anda Davosda Paşinyan və Əliyevə görüş təklif olunur. Niyə erməni cəmiyyəti bu barədə məlumatı baş nazirin Rusiya agentliyinə müsahibəsindən öyrənməlidir?"

"Onun fəxr elədiyi ictimai şəffaflıq hanı? Dağlıq Qarabağ ətrafında danışıqların tarixinə dair 1,5 saat danışmaq nə anlama gəlir? Doğurdan da Əliyev Paşinyanın hakimiyyətdə olduğu 8-ci ayda danışıqlar prosesinin tarixini öyrənməli olduğu şəxsdir? Niyə o, bu məlumatı Serj Sarqsyan və ya Edvard Nalbandyandan deyil, Əliyevdən almağa üstünlük verir?" - Aşotyan sual edib.

"Ermənistan Respublikaçı Partiyası və şəxsən mən dövlət maraqlarını təmin etmək niyyətində olan hökuməti dəstəkləyəcəyik. Lakin bizə izah etmək lazımdır ki, Nikol Paşinyan bu maraqları necə başa düşür" - deyə partiyanın sədr müavini bildirib.

Aşotyan vurğulayıb ki, Paşinyan Qarabağ danışıqlarının hazırkı mərhələsinin məzmunu haqqında danışmaqdan ustacasına və davamlı şəkildə yayınır: "Eyni şeyi Xarici İşlər Nazirliyi də edir. Parlament isə bu məsələnin daim müzakirə olunmalı olduğu adekvat meydança deyil".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-i Davosda qeyri-rəsmi görüş keçirib.

Xəbər lenti
0