09:50 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
10-я неофициальная встреча министров иностранных дел стран Восточного партнерства

Parisdə Qarabağla bağlı önəmli görüş keçiriləcək

© Moscow-baku
QARABAĞ
Qısa URL
68 0 0

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransanın paytaxtı Parisdə keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Əlaqədar

Rəsmi Moskva: Gələn il Qarabağ münaqişəsinin həlli üçün bacardığımız hər şeyi edəcəyik
Gələn il Qarabağ danışıqları üçün nə vəd edir - Politoloq şərhi
Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb
"Azərbaycan Qarabağ məsələsində icmalararası dialoqa hazırdır"

Əsas mövzular