17:12 21 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9343
Mixail Boçarnikov

Rəsmi Moskvanın təmsilçisindən diqqətçəkən Qarabağ bəyanatı: 2019 uğurlu il olacaq

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
861310

Rusiya səfiri Dağlıq Qarabağ münaqişəsinin həlli barədə: "Ehtiyatlı optimizm hiss edirəm"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. "Mən ehtiyatlı optimizm hiss edirəm ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışqılar prosesi üzrə daha əlverişli atmosfer formalaşdırılacaq". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.

"Bu anlamda mən deyərdim ki, bu il heç nə nəticəsiz qalmayıb. Mən dediklərim üçün əsaslar artıq qoyulub. Siz bilirsiniz ki, münaqişə tərəfləri arasında ən yüksək səviyyədə görüşlər keçirilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında da görüşlər keçirilib" - səfir bildirib.

Rusiyalı diplomat bu yaxınlarda bu mövzuda Azərbaycan xarici işlər nazirinin məsələ ilə bağlı qiymətləndirməsini eşitdiyini vurğulayıb: "Bilirəm ki, gələn ay daha bir görüş planlaşdırılıb". 

Boçarnikov əlavə edib ki, Rusiya belə bir tendensiyanı dəstəkləyir: "ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi biz bundan sonra da belə görüşləri dəstəkləyəcəyik".

Əlaqədar

Dağlıq Qarabağın azərbaycanlı icması dialoqa hazır olduğunu bəyan edib
"The National Interest": Üçüncü dünya  müharibəsi Qarabağda başlaya bilər
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri dəyişdi
Teqlər:
Mixail Boçarnikov, səfir, Rusiya, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular