QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri dəyişdi

© REPORTПредседатель Общественного объединения "Азербайджанская община Нагорно-карабахского региона Азербайджанской Республики" Байрам Сафаров
Председатель Общественного объединения Азербайджанская община Нагорно-карабахского региона Азербайджанской Республики Байрам Сафаров - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək İcmanın rəhbəri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov idi

BAKI, 20 dekabr — Sputnik. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, icmanın bu gün keçirilən qurultayında 23 nəfərdən ibarət yeni idarə heyəti seçilib.

© © AZƏRTACXarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri dəyişdi - Sputnik Azərbaycan
Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev

Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri seçilib. Asif Cahangirov isə idarə heyəti sədrinin müavini vəzifəsinə seçilib. Digər müavin isə Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov olub.

Qeyd edək ki, bu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayıdır. İndiyədək İcmanın rəhbəri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov idi.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib. İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.

Xəbər lenti
0