20:23 20 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Каска армянского солдата, фото из архива

Erməni hərbçi Qarabağda minaya düşdü

© Sputnik
QARABAĞ
Qısa URL
78 0 0

Bununla da 3 gün ərzində hospitala 4 hərbçi gətirilib

BAKI, 17 dekabr — Sputnik. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgəri minaya düşüb. Bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir.

Məlumata əsasən, yaralı əsgər Qevork Ovanisyan Ermənistan Müdafiə Nazirliyinin Yerevanda yerləşən Mərkəzi Klinik Hospitalına gətirilib. Onun ayaq və üz nahiyəsindən yaralandığı bildirilib. Əsgərin vəziyyətinin ağır olduğu qeyd edilir.

Bu gün həmçinin, hospitala qarın nahiyəsindən yaralanan digər hərbçi də gətirilib. Bununla da 3 gün ərzində hospitala 4 hərbçi gətirilib.

Əsas mövzular