17:12 21 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9343
Paşinyan və Bako Saakyan

Qondarma "Dağlıq Qarabağ Respublikası"nda ara qarışdı - Kütləvi "təmizləmə"lər

© Sputnik / Aram Nersesyan
QARABAĞ
Qısa URL
10330 0 0

Bəzi şəxslərin Paşinyanın qəzəbinə tuş gəldiyi bildirilir

BAKI, 13 dekabr — Sputnik. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") "müdafiə naziri" Levon Mnatsakanyan "istefaya" göndərilib. Sputnik Ermənistan xəbər verir ki, bunu "Qraparak" nəşri yazıb.

"Facebook"un erməni seqmentində şayiələr yayılır ki, Qarabağ "rəhbərliyində" kadr dəyişiklikləri baş verib. Levon Mnatsakanyan tutuduğu "vəzifədən" uzaqlaşdırılıb. Onun yerinə isə "Baş Qərargah rəsisi" Karen Abraamyan "təyin olunub".

Nəşrin məlumatına görə, "DQR"-də "Təhlükəsizlik Şurasının sədri" Vitali Balasanyan və "prezidentin müşaviri" Arşavir Qaramyan da istefaya göndərilib. Adı çəkilən şəxslərin Paşinyanın qəzəbinə tuş gəldiyi bildirilir.

Məlumatda qeyd olunur ki, hazırda "sabiq baş nazir" Araik Arutunyan Moskvadadır. İstisna olunmur ki, Ermənistan məhz onu Bako Saakyanın "xələfi" kimi görür. Onun Ermənistanın yeni rəhbərliyi ilə çox yaxşı əlaqələri var.

Əlaqədar

Merkel: "Almaniya Qarabağ münaqişəsinə göz yuma bilməz"
“Lavrov Milanda Qarabağ münaqişəsini müzakirə edəcək”
Azərbaycan və Ermənistan Dağlıq Qarabağla bağlı mühüm addımı razılaşdıracaq
Qarabağın varlı bəyinin sərvətinə Türkiyədə sahib çıxdılar, işə Rusiya prezidenti qarışdı
Teqlər:
kadr, istefa, vəzifə, müdafiə naziri, qondarma "Dağlıq Qarabağ Respublikası"

Əsas mövzular