13:43 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan

Rəsmi Yerevandan gileydolu bəyanat: "Müttəfiqlik belə olmur"

© Sputnik / Asatur Yesayants
QARABAĞ
Qısa URL
15522 0 0

Paşinyan: "Biz bu cür razılaşmaları pisləyirik, bu, Ermənistanın maraqları, həmçinin KTMT-nın ruhuna ziddir"

BAKI, 20 noyabr — Sputnik. "Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 6 dekabrda baş tutacaq sammitində konsensus əldə olunmasa, onda konsensus əldə olunması üzrə işləri davam etdirəcəyik. Çünki, KTMT çərçivəsində qərarlar belə qəbul olunur".

Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

O, "Rəsmi Yerevan Belarus XİN-in mətbuat katibinin sözlərinə cavan vermək niyyətindərimi" sualına belə cavab verib: "Belarus XİN-in bəyanatına erməni tərəfi cavab verib. Bu məsələdə mənim həmsöhbətim Belarus prezidentidir, mən isə ondan cavab olmamışam".

"Mən dediyimi təkrarlayıram və şübhəniz olmasın ki, bu, mənim dediyim kimi də olacaq. Yəni mən baş verənlərə görə izahat tələb edəcəyəm. Bu, yeni xəbər deyil, əvvəl də belə olub, bundan sonra da belə olacaq. İstənilən halda, biz Ermənistanın maraqlarına toxunan hər hansı məsələdə susmaq niyyətində deyilik. Ermənistanın maraqlarını davamlı, ardıcıl şəkildə qorumaq niyyətindəyik" - Paşinyan bildirib.

Belarus ilə Azərbaycan arasında hərbi memorandumun imzalanmasına toxunan Paşinyan qeyd edib ki, bu məsələdə Yerevanın mövqeyi aydındır: "Biz bu cür razılaşmaları pisləyirik. Düşünürük ki, bu, Ermənistanın maraqları, həmçinin KTMT-nın ruhuna ziddir".

"Biz izahat əldə etməliyik və hər bir ölkə aydın şəkildə anlamalıdır ki, onun tərəfdaşları, təşkilat qarşısında öhdəlikləri var. Biz öz tərəfdaşlıq öhədliklərimizi yerinə yetiririk. Lakin çox təəssüflər olsun ki, bir sıra tərəfdaşlarımızın bunu etdiyini deyə bilmərik" - deyə Ermənistan hökumət başçısı səlahiyyətlərini icra edən şəxs vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Minskə səfəri çərçivəsində, noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinvə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Bir sıra qarşılıqlı anlaşmalara imza atılıb.

O cümlədən "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko imzalayıblar.

Əlaqədar

Azərbaycan səfiri Pakistan televiziyasında Ermənistanı ifşa etdi
Erməniyə qalib gələn idmançımız dünyanın ən güclülərindən oldu
Azərbaycanda erməni diversantın məhkəməsi başlayıb
Ermənistanda hərbçi qəza törətdi: Ölən və yaralılar var
Teqlər:
baş nazir, Nikol Paşinyan, silah, Azərbaycan, Belarus, Ermənistan

Əsas mövzular