SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Londonda Ermənistan təxribatının qarşısı alındı

© © DTA-nin mətbuat xidmətiErmənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmə ayırıb
Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmə ayırıb - Sputnik Azərbaycan
Abunə olmaq
Dağlıq Qarabağa aid bölmənin ayrılması və sərgi iştirakçılarına təbliğat vasitələrinin paylanması cəhdləri boşa çıxıb

BAKI, 7 noyabr — Sputnik. Londonda keçirilən "Dünya Səyahət Bazarı" sərgisində Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmənin ayrılması və sərgi iştirakçılarına təbliğat vasitələrinin paylanması cəhdləri boşa çıxıb.

Turizm Bürosundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmidin təşkilatçılar qarşısında qaldırdığı qəti tələb və rəsmi etiraz nəticəsində stend və Qarabağın turistik bölgələri nümayiş etdirilən çap materialları aradan qaldırılıb.

© © DTA-nin mətbuat xidməti Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmə ayırıb
Londonda Ermənistan təxribatının qarşısı alındı - Sputnik Azərbaycan
Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmə ayırıb

Dövlət Turizm Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Cəmilə Talıbzadənin səyləri ilə Böyük Britaniyadakı Azərbaycan səfirliyi də prosesə cəlb olunub.

Qeyd edək ki, sərgidən öncə də Azərbaycan tərəfindən təşkilatçılara bu barədə məlumat verilib. Bundan sonra da digər bütün beynəlxalq tədbir və sərgilərdə Ermənistanın Dağlıq Qarabağı ayrıca subyekti kimi təqdim etməyə yönəlmiş təxribat mahiyyətli bütün cəhdlərinin qarşısı alınacaq.

Xəbər lenti
0