23:53 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
İqor Popov

Həmsədr: “Təmas xətti və sərhəddə vəziyyət sabitləşib”

© Foto: APA
QARABAĞ
Qısa URL
11 0 0

Gələn ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq və bu görüşdə Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas məsələlər müzakirə olunacaq

BAKI, 2 noyabr — Sputnik. Qarabağda təmas xəttində, həmçinin Azərbaycan və Ermənistan sərhədində vəziyyət "aşağı-yuxarı sabitləşib". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

"Bu gün bizim səfərimiz başa çatdır, biz Yerevanda, Dağlıq Qarabağda olduq, hazırda isə Bakıdayıq. Bizim Azərbaycan prezidenti, Ermənistan baş naziri səlahiyyətlərini icra edən, həmçinin hər iki ölkənin müdafiə nazirləri ilə görüşlərimiz oldu. Dağlıq Qarabağ prosesinin gedişi ilə bağlı məsələlər diqqət mərkəzindədir. Biz hər iki ölkənin liderlərinin Düşənbədə baş tutan danışığını müzakirə etdik. Söhbət əldə olunan və hazırda reallaşdırılan razılaşmalardan gedir. Mən təmas xətti və sərhəddə sabitləşən vəziyyəti nəzərdə tuturam. Biz, həmçinin Yerevan və Bakı arasında qurulan əlaqədən də danışdıq" - deyə Popov qeyd edib.

O, həmçinin ümid edir ki, gələn ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq və bu görüşdə Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas məsələlər müzakirə olunacaq.

Əlaqədar

Həmsədrlər: "Nizamlanma üçün güzəştlər tələb olunur"
Minsk qrupunun həmsədrləri Ağdama gedəcəklər
İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edib
Zakir Həsənov Minsk qrupunun həmsədrləri ilə görüşüb
Həmsədrlər Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Teqlər:
bəyanat, İqor Popov, ATƏT Minsk qrupu, Dağlıq Qarabağ

Əsas mövzular