00:51 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub

Müdafiə naziri işğaldan azad edilmiş ərazilərə yollanıb

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
QARABAĞ
Qısa URL
5678 0 0

Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, daimi işıq və istilik sistemi ilə təchiz edilib

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə olub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Müdafiə naziri Günnüt kəndi və ətraf ərazilərdə yerləşən mövqelərdə, Qızılqaya yüksəkliyində yaradılmış etibarlı müdafiə sistemi, görülmüş mühəndis işləri və yeni mövqelərdə qısa zamanda inşa olunan əsgəri-məişət kompleksləri ilə tanış olub.

  • Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub
    Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub
    Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub
    Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub
    Müdafiə naziri Naxçıvan istiqamətində işğaldan azad edilmiş ərazilərdə olub
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
1 / 4

Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, daimi işıq və istilik sistemi ilə təchiz edilib. General-polkovnik Z.Həsənov ön xətdə əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

Əlaqədar

XİN mövqeyini bildirdi: Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır
Ermənistan Silahlı Qüvvələrinin Zəngilanı işğal etməsindən 25 il ötür
Xocavəndin işğalından 26 il keçir

Əsas mövzular