00:29 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров

Elmar Məmmədyarov qapalı görüşdən danışdı: "Con Boltondan xahiş etdim ki..."

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
11556 0 0

XİN rəhbəri: "Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla normal şəkildə əməkdaşlıq etməsə, müstəqilliyi sual altına düşər"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. "Şəxsən Con Boltondan xahiş etdim ki, Yerevanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, onlar özləri Dağlıq Qarabağ münaqişənin həllinə hazırdırlar, yoxsa yox".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlmasında bildirib. O, Boltonla dünənki görüşdə geniş müzakirələr aparıldığını vurğulayıb.

"Həm prezident səviyyəsində, həm də mənimlə bir saatdan çox görüşümüz oldu. Cənubi Qafqaz regionunda vəziyyət barədə fikir mübadiləsi apardıq. ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxmasının İrana təzyiq kimi qiymətləndirilib-qiymətləndirilməməsi ətrafında fikirlərimizi bölüşdük. Həm Amerika tərəfi, həm də biz bununla bağlı öz mövqeyimizi çatdırdıq. Biz hər zaman çalışırıq ki, bütün ölkələrlə normal qonşuluq siyasəti yürüdək" - Məmmədyarov vurğulayıb.

XİN başçısı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla Dağlıq Qarabağ məsələsini xüsusi müzakirə etdiklərini qeyd edib: "Mən şəxsən Boltondan xahiş etdim ki, Yerevanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, onlar özləri münaqişəni həll etməyə hazırdırlar, yoxsa yox və Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti yaratmaq istəyirmi?"

"Çünki, təbii məsələdir, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla normal şəkildə əməkdaşlıq etməsə, müstəqilliyi sual altına düşər" - deyə E.Məmmədyarov vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 24-də Bakıya səfər edib. O, Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib. Bolton görüşlərdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, görüşlər zamanı əsas müzakirə mövzuları - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İran ətrafında yaşanan beynəlxalq gərginlik, həmçinin Azərbaycanın Avopanın enerji təhlükəsizliyindəki rolu olub.

Əlaqədar

Bolton Bakıda Rusiyaya qarşı sanksiyalardan danışdı
Boltonun Qafqaz səfəri – Hamı İranı hədəf göstərir
Teqlər:
Dağlıq Qarabağ, Con Bolton, ABŞ, Xarici İşlər Nazirliyi, Elmar Məmmədyarov

Əsas mövzular