23:54 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Dağlıq Qarabağ

XİN Sidney qəsəbəsi və beynəlxalq səylər haqqında bəyanat verdi

© Sputnik / Arpi Beglaryan
QARABAĞ
Qısa URL
50 0 0

"Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir"

BAKI, 17 oktyabr — Sputnik. "Danışıqlar prosesinin ruhuna, MDB-nin Düşənbə sammiti əsnasında aparılmış müzakirələrə zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir.

Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməlləri məsələsi davamlı surətdə qaldırılır".

Qeyd edək ki, Ermənsitan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir.

Əlaqədar

XİN mövqeyini bildirdi: Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır
Azərbaycan XİN-dən sərt Paşinyan bəyanatı
Almaniya və ABŞ-ın mövqeyi Ermənistana mesajdır – XİN
XİN: Ermənistan Fransanın sülh səyinə zərbə vurur
Türkiyə XİN-dən səudiyyəli jurnalistin itməsi ilə bağlı açıqlama

Əsas mövzular