15:57 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
138 0 0

Azərbaycan öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır

BAKI, 16 oktyabr — Sputnik. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 15-də Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir. Erməni həmkarım ilə keçirdiyim iki görüş, Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir.

Azərbaycan öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır", — deyə nazir bildirib.

Xatırladaq ki, Elmar Məmmədyarov oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Teqlər:
bəyanat, danışıqlar, Elmar Məmmədyarov, sülh, Ermənistan

Əsas mövzular

  • Mənzil açarı, arxiv şəkli

    "Ötən ay bu mənzillərə görə müraciətə başlanıldıqda vətəndaşın elektron müraciət formasını doldurmaq istəyərkən müxtəlif dövlət qurumlarının həmin şəxslə bağlı məlumatların sistemə inteqrasiya olunması zamanı texniki problem yaranmışdı"

    364
  • Ekologiya Postu

    Yeni zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər

    845
  • Uşaqlar, arxiv şəkli

    Ağazadə deyir ki, küçə həyatı yaşayan uşaqların təhsildən yayınma səbəbi açıqlanmalı, onlar arasında valideyn himayəsindən məhrum olunanlar dövlət uşaq müəssisələrinə yerləşdirildikdən sonra onlar həmin müəssisələrdə təhsilə cəlb olunmalıdır.

    822