21:39 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

MDB-nin icraçı katibi: "Əliyevlə Paşinyanın görüşü Qarabağda gərginliyi azaltdı"

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
QARABAĞ
Qısa URL
132 0 0

Sergey Lebedev: "Biz ümid edirik ki, hər iki ölkə liderinin bu məzmunlu təmasları davam edəcək və bu münaqişənin nizamlanması üçün pozitiv nəticələr verəcək"

BAKI, 10 oktyabr — Sputnik. MDB-nin icraçı katibi Sergey Lebedev bəyan edib ki, Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın MDB dövlət başçılarının Düşənbə sammiti zamanı görüşü Dağlıq Qarabağda gərginliyi azaldıb. Bu barədə Sputnik Azərbaycan erməni KİV-nə istinadən xəbər verir.

"Mən Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin dəfələrlə bir-birlərinə yaxınlaşmasının və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə etməsinin şahidi oldum. Biz ümid edirik ki, hər iki ölkə liderinin bu məzmunlu təmasları davam edəcək və bu münaqişənin nizamlanması üçün pozitiv nəticələr verəcək" — deyə Lebedev jurnalistlərə bildirib.

Qeyd edək ki, oktyabrın 1-də "Rossiya 1" telekanalında jurnalist Vladimir Solovyovun "Moskva. Kreml. Putin" proqramının növbəti buraxılışı yayımlanıb. Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitinə dair geniş süjet həsr olunub.

Sammitdən çəkilən kadrlarda prezidentlərin formal və qeyri-formal ünsiyyətlərinə dair kadrlar yer alıb. Kadrlardan biri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ünsiyyət barədə olub.

Video-görüntülərdən məlum olur ki, dövlət və hökumət başçıları sammitin keçiriləcəyi beşmərtəbəli binaya yuxarı qalxmaq üçün liftdən istifadə ediblər. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri eyni liftdə olub.

"Rossiya 1" telekanalı İlham Əliyevlə Nikol Paşinyanın liftdən birlikdə çıxdıqlarını əks etdirən kadrları nümayiş etdirib və bunu "sensasion kadrlar" adlandırıb: "Qonşu liftdə nələrin baş verdiyi məlum deyil. Bu kadrlar özü-özlüyündə sensasion kadrlar hesab oluna bilər".

"Bir liftlə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri hərəkət edib. Onlar olduqca gərgindirlər, diqqətlərini cəmləyiblər, lakin zala qədər söhbət edirlər" — deyə sujetdə qeyd olunub.

Kadrlara əsasən, İlham Əliyev və Nikol Paşinyanla birlikdə MDB-nin icraçı katibi Sergey Lebedev də həmin liftdə olub. Əliyevlə Paşinyanın liftdən çıxarkən gərgin olduqları, amma söhbətləşməkdə davam etdikləri görünür.

Əlaqədar

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız bir yolu var
Parlamentdə "Qarabağa azadlıq" mitinqinə sərt etiraz: "Erməni dəyirmanına su tökürlər"
Rəsmi Moskvadan pozitiv Qarabağ bəyanatı
İlin sonunadək Dağlıq Qarabağa dair önəmli görüş baş tutacaq
Teqlər:
icraçı katib, Nikol Paşinyan, Sergey Lebedev, MDB, Ermənistan, İlham Əliyev, Azərbaycan

Əsas mövzular