20:48 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Azərbaycan XİN

BƏƏ vətəndaşı Azərbaycanın "qara siyahı"dan çıxarılıb

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
18 0 0

İbrahim Ahmed Mohammed Abdalla 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib

BAKI, 4 oktyabr — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı, İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.

Bu barədə Sputnik Azərbaycan-a XİN-in mətbuat xidmətindən məlumat verilib. Məktubunda İbrahim Ahmed Mohammed Abdalla 2017-ci ildə Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib. O, bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

İbrahim Ahmed Mohammed Abdalla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, İbrahim Ahmed Mohammed Abdalla Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib.

Həmçinin o, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb. İbrahim Ahmed Mohammed Abdalla gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Əlaqədar

İlin sonunadək Dağlıq Qarabağa dair önəmli görüş baş tutacaq
BMT-nin baş katibi Qarabağ danışıqlarını alqışladı
"Zəhramı məndən almayın" — köhnə "Lada"da Qarabağ dərdini daşıyan insanın üsyanı
“Qarabağa azadlıq!” mitinqi keçirilib
Teqlər:
qanunsuz səfər, Dağlıq Qarabağ, Azərbaycan Xarici İşlər Nazirliyi, İbrahim Ahmed Mohammed Abdalla, vətəndaş, BƏƏ, Birləşmiş Ərəb Əmirlikləri

Əsas mövzular