QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanlı nazir Nyu-York tribunasından çağırış edib

© Sputnik / Murad OrujovЭльмар Мамедъяров, министр иностранных дел Азербайджана
Эльмар Мамедъяров, министр иностранных дел Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov: "Ermənistan regional təhlükəsizliyi və sabitliyi pozur"

BAKI, 25 sentyabr — Sputnik. "Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi təkcə Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə töhfə verməyəcək, həmçinin geniş miqyaslı region daxili əməkdaşlığı möhkəmləndirəcək".

Donald Tramp və Nikol Paşinyan, Brüssel, 11 iyul 2018-ci il - Sputnik Azərbaycan
TƏHLİL
Trampdan Paşinyana "müharibədən uzaq ol, əvəzində mükafatını al" mesajı

Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə deyib. O vurğulayıb ki, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi uğurlu cəmiyyət və regional əməkdaşlığın qurulması baxımından vacib komponentdir.

"Təəssüf ki, son görüşümüzdən bəri regionda sabitlik və təhlükəsizlik daha da həssas olub, yeni münaqişə ocaqları peyda olub və regionun inkişafının perspektivləri ciddi şəkildə pozulub. Ermənistan regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla, eləcə də tam miqyaslı regional əməkdaşlığa maneə törətməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin 20 faizinin işğalını davam etdirir. Ermənistan təcavüzkar siyasətində daha da irəli gedərək indi də işğal olunmuş Azərbaycan ərazilərində biznes, ticarət və sərmayələr cəlb etmək vasitəsilə qanunsuz işğala digər ölkələri cəlb etmək cəhdi göstərir" — deyə Məmmədyarov bildirib.

XİN başçısının sözlərinə görə, bütün ölkələr Ermənistanın belə niyyətlərindən xəbərdardır və işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı növ sosial, iqtisadi və mədəni cəlbolunmalardan imtina edir: "Mən bütün İƏT üzvü olan dövlətləri Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarında və ya oradakı rejimlə ticarət, iqtisadi və sərmayə fəaliyyətlərinə cəlb olunmaq ilə bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıram".

"Bu nəqliyyat və ticarət məsələlərimizə nə daxildir? Bu vəzifələr üzrə bizi nə istiqamətləndirə bilər? Belə ki, biz İslamabaq Sammiti Bəyannaməsini, ən son isə Düşənbə Kommunikesini qəbul etmişik. Çıxışımda qeyd etdiyim bütün məsələlər orada əks olunub. Bizim, sadəcə onlara fikir verməyimizə ehtiyac yoxdur, faktiki olaraq biz onları reallığa çevirməliyik" — nazir əlavə edib.

Xəbər lenti
0