22:22 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb

Zakir Həsənov Ermənistanla sərhəddə döyüş bölmələri yoxladı – VİDEO

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
QARABAĞ
Qısa URL
116 0 0

Nazir sərhədyanı ucqar dağ kəndlərindən birində yerli sakinlərlə görüşüb

BAKI, 2 avgust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, çətin iqlim şəraitində və dağlıq ərazidə düşmənlə qarşıdurma xəttindəki bölmələrdə olarkən əməliyyat şəraiti barədə məruzəni dinləyən Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan Müdafiə naziri qarşıdan gələn qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istilik sistemləri, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Sonra nazir sərhədyanı ucqar dağ kəndlərindən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb.

  • Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb
    Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb
    Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb
    Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb
    © Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
1 / 3
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Müdafiə naziri cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığını yoxlayıb

Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı ucqar dağ kəndinə rahat asfalt yolunun salınması, qaz və işıq xətlərinin çəkilməsinə görə öz məmnunluqlarını ifadə edən kənd sakinləri müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, cənab Ali Baş Komandana çatdırmasını xahiş ediblər.

Kənd camaatı Azərbaycan Ordusunun bölmələri tərəfindən bu istiqamətdə yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini və əhalinin hərbçilərə etimadının yüksək olduğunu da bildirib. Sonra yerli sakinlərlə söhbət çay süfrəsi ətrafında davam etdirilib.

Əlaqədar

Müdafiə naziri təmas xəttindəki bölmələrimizə tapşırıq verib
Düşmənlə təmas xəttindən son xəbər
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat verdi: "Qoşunların təmas xəttində..."
Təmas xəttində nələr baş verir?
Teqlər:
müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirıiyi, Ali Baş Komandan, Azərbaycan Respublikası

Əsas mövzular