12:13 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
137 0 0

Zakir Həsənov İlham Əliyevin tapşırığı ilə ön cəbhəyə yollanıb

BAKI, 1 avgust — Sputnik. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonaya yollanan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.

  • Müdafiə naziri cəbhənin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olub
    Müdafiə naziri cəbhənin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olub
    © AR Ministry of Defense

1 / 3
© AR Ministry of Defense
Müdafiə naziri cəbhənin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olub

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib. General-polkovnik Z.Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

Əlaqədar

Cəbhədə silahlar bu gecə də susmayıb
Cəbhədə gərgin gecə olub
Müttəfiqliyin sübutu: Rusiyalı deputatlar cəbhə bölgəsində
Teqlər:
müdafiə naziri general-polkovnik Zakir Həsənov, Silahlı Qüvvələr, Ali baş Komandan, Azərbaycan Respublikası, İlham Əliyev

Əsas mövzular