23:27 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
15167 0 0

MN: Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır

BAKI, 24 iyul — Sputnik. "Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur".

Bu barədə, Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin "müdafiə naziri" Levon Mnasakyanın "lazım gələrsə, Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyi" barədə dediklərinə dair Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib.

MN bəyan edib ki, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır: "Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir".

"Mnakasyanın budəfəki absurd bəyanatına gəlincə isə, Azərbaycan hava hücumundan müdafiə və raketəleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir. Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki, onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq" — deyə Müdafiə Nazirliyi bəyan edib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyanın ardınca qondarma "DQR"in "müdafiə naziri" də Azərbaycanı "Mingəçevirin vurulması" ilə hədələyib. Erməni mətbuatının məlumatına görə, o, Xankəndində jurnalistləra açıqlamasında bildirib ki, cəbhədə vəziyyətin gərginləşəcəyi təqdirdə, "Azərbaycanın iqtisadiyyatını iflic etmək" planlarından danışıb.

"Əgə lazım gələrsə, müdafiə ordumuzun birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib" — deyə qondarma rejimin "müdafiə naziri" bildirib.

Əlaqədar

Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışıb
Politoloq: “Nə Azərbaycan, nə də Ermənistan bu danışıqlardan heç nə gözləmirdi”
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saat çəkib
MN: "Azərbaycan Ermənistana hesabat verməyəcək"
Azərbaycan XİN rəhbərinin müavini Ermənistana gedir
Teqlər:
Levon Mnasakyan, Mingəçevir SES, Müdafiə Nazirliyi, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan, rejim

Əsas mövzular