QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakı Yerevan üçün ən böyük güzəştini açıqladı

© Sputnik / Murad OrujovОфициальный представитель министерства иностранных дел Азербайджана Хикмет Гаджиев в ходе пресс-конференции в Баку, 23 июля 2018 года
Официальный представитель министерства иностранных дел Азербайджана Хикмет Гаджиев в ходе пресс-конференции в Баку, 23 июля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan XİN: Münaqişənin siyasi həllinə nail olmaq üçün ilk növbədə işğal faktı aradan qalxmalı və status-kvo dəyişməlidir

BAKI, 23 iyul — Sputnik. "Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında belə bir iddia irəli sürüb ki, "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin, sonra Emənistan öz güzəştləri barədə məlumat verə bilər". Paşinyanın diqqətinə çatdırmaq istərdik ki, Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycanın 25 ildən artıqdır Ermənistanla danışıqları davam etdirməsi Azərbaycanın ən böyük güzəştidir".

Официальный представитель министерства иностранных дел Азербайджана Хикмет Гаджиев в ходе пресс-конференции в Баку, 23 июля 2018 года - Sputnik Azərbaycan
"Ağdamın 200 minlik əhalisinin 153 min nəfəri məcburi köçkündür"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır.

"Münaqişənin siyasi həllinə nail olmaq üçün ilk növbədə işğal faktı aradan qalxmalı və status-kvo dəyişməlidir. Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik" — XİN sözçüsü vurğulayıb.

Hacıyev onu da diqqətə çatdırıb ki, xarici işlər naziri Elmar Məmmədyarov həmyerlilərimiz Dilqəm Əsgərov və Şahbazın Quliyevin erməni əsirliyində olmaları ilə bağlı BMT baş katibi, Qızıl Xaç Komitəsi, BMT İnsan haqları ali komissarı, eləcə də BMT-nin qaçqınlar üzrə ali komissarına məktublar ünvanlanıb.

"ATƏT, həmçinin Avropa Şurası yanında nümayəndəliklərimiz tərəfindən bu mövzu həmin təşkilatların gündəliyinə çıxarılıb və Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə çıxarılıb. Bu məsələdə siyasi, hüquqi və diplomatik müstəvidə olan səylərimizi davam etdirəcəyik" — nazirlik rəsmisi bəyan edib.

Xəbər lenti
0