QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanda anlaşılmaz virus dolaşır

© Photo : REPORT IAАзербайджанский солдат на освобожденном от оккупации возвышенности Леле Тепе
Азербайджанский солдат на освобожденном от оккупации возвышенности Леле Тепе - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni tərəfi öz diversantlarını "çoban", "ruhi xəstə" çıxarmaqda davam edir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Ermənistan-Azərbaycan qoşunlarının təmas etdiyi bütün cəbhə bölgəsi boyu qarşı tərəfdə qəribə hadisələr baş verməkdə davam edir. Haqqında söz açacağımız insidentləri xronoloji qaydada sadalayanda, məlum olur ki, ermənilər tərəfdə hansısa anlaşılmaz virus dolaşır. Əvvəlcədən qeyd edək ki, sadalayacaqlarımız heç də bizim qonşu dövlətə olan münasibətimizdən irəli gəlmir. Özünüz baxın:

Здание министерства обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Qazaxda diversiyanın qarşısı alındı, erməni kəşfiyyatçısı əsir götürüldü - FOTO

Xəbər verdiyimiz kimi, iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan ordusunun sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib. Əsir götürülən şəxsin sözlərinə görə, o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Bu məlumatdan dərhal sonra erməni KİV-ləri, guya həmin şəxsin diversant yox, mülki şəxs olması barədə məlumatlar yaymağa başladı. Qarşı tərəfin yaydığı məlumata görə, Ermənistanın Tavuş rayonunun Berdavan kənd sakini, Karen Kazaryan su içməyə çıxarkən sərhədi keçib.

"Gecə o, həyətə su içməyə çıxmışdı. Düşünürdük ki, o, evə qayıdıb, əksinə, gördük ki, orada yoxdur" — deyə kəndin ağsaqqalı Smbat Muqdusyan bildirib.

Ermənilər Azərbaycan ordusu tərəfindən saxlanılan əsirin hərbçi olmadığını deməklə yanaşı, onun guya psixoloji probleminin olması iddialarını da ortaya atdılar. Və bu barədə əsas kimi, hətta Qırmızı Xaç Komitəsinə də məlumat verdilər.

Kəndin ağsaqqalı da məktəbdə oxuyarkən Karenin səhhətində problemin olmadığını etiraf edib, onun səhhətində problemlərin institutda oxuyarkən başladığını deyib. Məgər Ermənistan ali məktəblərində insanlara savad, bilik, elm öyrətmək əvəzinə, ağıllarını əldən alır, özlərini psixoloji xəstə edirlər?

Dilqəm Əsgərov və Şahbaz Quliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dilqəm və Şahbaz erməni diversantlarla dəyişdirilə bilər

Daha maraqlı bir məqam Berdavan kəndi ilə Azərbaycan dövlət sərhədinin Qazax istiqamətinə ən yaxın olan yer arasında məsafədir. Bu iki məntəqə arasında ən yaxın məsafə 2,8 kilometrdir. Nə az, nə çox, düz 2,8 kilometr. Doğurdanmı "dəli Karen" bu qədər məsafəni qət edərkən onu bir nəfər olsun belə, görməyib? Bəs sərhədi qorumalı olan erməni əsgərlər? Doğurdanmı daim ölkə ictimaiyyətini sərhədlərinin etibarlı şəkildə qorunması yalanları ilə aldadan ermənilərin dövlət sərhədini keçmək bu qədər asandır? Məgər sərhəd karvansaray qapısıdır?

Ümumiyyətlə, bu məsələdə hələ açıq qalan çox mətləblər var və yəqin ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı ictimaiyyətə daha geniş məlumat verəcək. Lakin bu, ermənilərin öz hərbçilərindən imtina etməsi ilə bağlı ilk hal deyil. Ermənistan Müdafiə Nazirliyi onları ən yaxşı halda çoban, ən pis halda isə dəli, ağılsız çıxarır.

Məsələn, 11 sentyabr 2010-cu ildə erməni diversant Manvel Saribekyan Azərbaycan ordusunun hərbçiləri tərəfindən sağ ələ keçirildi. Bundan dərhal sonra Ermənistan rəhbərliyi Sarkibekyanın Geğarkunik rayonu Ttudcir kənd sakini, çoban olduğunu iddia etdi. Guya "çoban Saribekyan" təsadüfən azaraq Azərbaycan ərazisinə keçib. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı həmin ilin oktyabrın 5-də Bakıda intihar edib.

Axı burada məntiq haradadır? Əgər o, doğrudan da çoban, mülkü şəxs olsaydı, niyə intihar edirdi? Azərbaycan tərəfi dəfələrlə humanist addım ataraq sərhədi keçən erməniləri geri qaytarıb.

2013-cü ilin avqustun 8-də Azərbaycan ərazisində Ermənistan ordusunun əsgəri Akop İncaqulyan saxlanıldı. Bu vaxt onun üzərində Ermənistan ordusunun forması olduğundan qarşı tərəf onu "çoban", "azmış kənd sakini" çıxara bilmədi.

2014-cü ilin yanvarın 28-də Azərbaycan hərbçiləri tərəfindən kəşfiyyat-təxribat qrupunun sərhədi keçməsinin qarşısı alındı və erməni diversiya qrupuna bələdçilik edən 77 yaşlı Mamiko Xocayan sağ ələ keçirildi. Dindirilmə zamanı Xocayan təhlükəsizlik orqanlarının əməkdaşı olduğunu etiraf etdi. Lakin Ermənistan tərəfi yenə də öz ənənəsinə sadiq qalaraq bu şəxsin mülki, özü də ruhi xəstə olduğunu bildirdi.

Укрепительные сооружения азербайджанской армии - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycana keçmək istəyən erməni diversant yaxalandı

2014-cü ilin avqustun 7-də Azərbaycan ordusu tərəfindən ələ keçirilən erməni diversant Karen Petrosyanı da qarşı tərəf mülkü şəxs olaraq təqdim etməyə çalışmışdı. Ermənilərin iddiasına görə, Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunun Çinari kənd sakini Petrosyan guya yaxınlıqda meşəyə odun toplamağa getmişdi və "təsadüfən" Azərbaycan ərazisinə keçmişdi. Azərbaycan tərəfinin diversantın kamera önündə olan etiraflarını, onun mobil telefonunda olan strateji əhəmiyyətli obyektlərin foto və videosunu yayması belə, erməniləri sakitləşdirməmişdi.

2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan Azərbaycan hərbçiləri tərəfindən ələ keçirildi. Sorğu-sual zamanı erməni hərbçi yalan danışaraq qarşı tərəfin "ənənəvi arqumentlərini" səsləndirdi. O, guya çoban olduğunu və yolunu azaraq sərhədi keçdiyi bəyan etdi. Lakin sonradan erməni diversant hər şeyi etiraf edərək, əsl planlarını ortaya qoydu. 2015-ci ilin mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arsen Baqdasaryan 15 il həbsə məhkum edildi. O, Azərbaycan Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olundu.

Ermənistan Müdafiə Nazirliyi bu dəfə Arsen Baqdasaryanın müqavilə ilə xidmət aparan əsgər olduğunu və guya hadisə baş verən vaxt hərbi nizam-intizam qaydalarını pozduğuna görə müvəqqəti olaraq xidmətdən kənarlaşdırıldığını bəyan etdi.

Bunlar hələ yaxşı haldır. Ermənistan Müdafiə Nazirliyi və rəhbərliyi son zamanlar, xüsusilə 2016-cı ilin aprelində baş verən 4 günlük müharibədən sonra diversiya zamanı həlak olan əsgərləri barədə məlumatları ya gizlədir, ya da şərh etmir. Axı onları da sonradan "çoban", "dəli", "ruhi-xəstə" və ya "azğın azərbaycanlılar" tərəfdən öldürülmüş "dinc sakinlər" kimi qələmə vermək olar…

Xəbər lenti
0