QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın baş nazirindən Dağlıq Qarabağa dair pessimist bəyanat

© Sputnik / Asatur YesayantsNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Nikol Paşinyan: "Nazirlər görüşü dönüş nöqtəsi sayıla bilməz"

BAKI, 13 iyul — Sputnik. "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm". Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərə açıqlamasında deyib.

Türkiyə nümayəndə heyəti NATO sammitində, Belçika, Brüssel, 12 iyul 2018-ci il - Sputnik Azərbaycan
Paşinyan detalları açıqladı: Çavuşoğlu ona nə deyib?

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında ilk görüşün nəticələrini qiymətləndirən baş nazir vurğulayıb ki, bu, dönüş nöqtəsi olmayıb və ondan hər hansı bir ciddi nəticələri gözləmək olmaz: "İlk görüşlərdən heç vaxt böyük nəticələr gözləmək olmaz, belə görüşlər danışmağa və tanış olmağa şərait yaratması ilə bağlı qiymətlidir".

Azərbaycan prezidenti İlham Əliyevlə görüşün mümkünlüyünə gəlincə, Paşinyan bildirib ki, bu barədə danışıqlar aparılmır.

Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ilk görüş keçirilib.

Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib. Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi razılaşdırılıb. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0