QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yerevandan məcburi gediş: Bakıda bunu "ağ bayrağa" doğru son addım kimi qiymətləndirirlər

© © Ministry of Defence of The Republic of ArmeniaErməni əsgərləri, arxiv şəkli
Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Əgər əvvəl Ermənistanın maliyyə imkanları tükənmişdisə, indi insan resursları da tükənmək üzrədir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, Ermənistan rəhbərliyi polisin daxili qoşunlarını xidmət keçmələri üçün Azərbaycanın işğal altında olan ərazisinə göndərmək niyyətindədir. Məlumata əsasən, bu təklif birbaşa olaraq Ermənistanın yeni baş naziri Nikol Paşinyandan gəlib.

Ermənistan DQ-nin əsgərləri - Sputnik Azərbaycan
QARABAĞ
Paşinyan daxili qoşunları Qarabağa göndərir

Artıq Ermənistan polisinin bu məsələyə öz razılığını da verdiyi bildirilir. Proses artıq avqustun 15-dən başlayacaq. Belə ki, bu tarixdən etibarən daxili qoşunlar 15 günlük növbə ilə Qarabağa göndəriləcək. Burada olduğu vaxtda isə onlara əlavə əmək haqqı ödəniləcək. Bu qərar Ermənistan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Sputnik Azərbaycan məsələ ilə bağlı ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov və Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikirlərini öyrənib.

Şair Ramaldanov Daxili Qoşunların funksiyasının cəbhə bölgəsində, təmas nöqtəsində xidmət aparmaq olmadığını deyib: "İstənilən qərar qəbul olunarsa, onu zəruri edən amillər var. Daxili Qoşunların əsas funksiyası ölkə daxilində obyektləri və asayişi təmin etməkdir. Bu qoşun növünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərilməsi Ermənistanda şəxsi heyətin sayında çatışmazlıq, qeyri-döyüş şəraitində verdiyi itkilərlə bağlıdır".

Ehtiyatda olan polkovnik, xüsusilə də Bakıda 26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən hərbi paraddan sonra cəbhə bölgəsində Ermənistan üçün vəziyyətin, tamamilə nəzarətdən çıxmaq üzrə olduğunu qeyd edib: "Əgər əsgərlər daha əvvəl Azərbaycan ordusunun gücünü və hərbi texnikasını görmürdülərsə, hərbi paraddan sonra onları nələrin gözlədiyinin əyani şahidi oldular".

Ramaldanovun fikrincə, ümumiyyətlə, aprel döyüşlərindən sonra cəbhə bölgəsində Ermənistan tərəfində şəxsi heyətin çatışmazlığı ortaya çıxdı: "Çünki daha əvvəl postlarda təmas xəttinə yaxın ərazilərdə yaşayan yerli əhalidən istifadə olunurdu. Aprel hadisələrindən sonra təmas xəttində yaşayan sakinlər bu əraziləri tərk etdilər. Ermənilər artıq yerli resurslardan istifadə edə bilmədilər. Sonra ilə 10 min dollar verməklə ora xidmət etməyə əsgər cəlb etməyə çalışdılar".

"Lakin bu qayda da işləmədi. Ermənilər daha sonra Suriyadan gələn qaçqınları bu ərazilərə yerləşdirdilər. Suriyadan gələnləri muzdlu əsgər kimi istifadə etmək istədilər. Ancaq onlarda bu da alınmadı. Çünki Suriyadan gələn qaçqınlar yaradılan şəraitlə barışmadılar. Orda olan erməni komandanlığı və Suriyadan gələn şəxslər arasında gərginlik də yaşandı" – polkovnik deyib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev: "Sarkisyan rejiminin qovulması Ermənistan dövlətçiliyinin iflasıdır"

Şair Ramaldanovun sözlərinə görə, Ermənistan hakimiyyətində baş verən dəyişikliklər və bu dəyişikliklərin gətirdiyi istefalar, onsuz da gərginliyin yüksək olduğu cəbhə bölgəsində xidmət edən heyətin psixoloji gərginliyini daha da artırır: "Düşünürəm ki, bu gün əgər daxili qoşunlar belə, Qarabağa cəlb olunursa, təbii ki, onlar Azərbaycanın öz torpaqlarını azad etmək üçün hər an edə biləcəyi həmlədən ehtiyat edirlər".

"Prezident İlham Əliyevin də son çıxışında qeyd etdiyi kimi, müharibənin hələ birinci mərhələsi yekunlaşıb. Mən deyərdim ki, bu yaxınlarda başa çatan Azərbaycan ordusunun irimiqyaslı təlimləri ilə müharibənin ikinci mərhələsinin başlanğıcının təməlləri qoyulub. Sabah Azərbaycan tərəfi aktiv hərbi əməliyyatları aparmağa başlasa, ermənilər cəbhə xəttindən qaçmaq istəyən əsgərləri geri qaytarmaq üçün məhz orada yerləşdirilən daxili qoşun nümayəndələrindən istifadə edəcəklər" – polkovnik bildirib.

Hərbi ekspert Ermənistandan fərqli olaraq Azərbaycan cəmiyyətində, ordusunda hökm sürən ruh yüksəkliyinə də diqqət çəkib: "Əgər əsgər ürəkdən xidmət etmək istəmirsə, onu səngərdə heç bir daxili qoşun, heç bir qüvvə saxlaya bilməz. Azərbaycanın işi haqq işidir. Azərbaycan əsgəri Azərbaycan torpağı üçün döyüşür, öz torpağı uğrunda canından belə, keçməyə hazırdır. Erməni əsgər Ermənistandan gəlib burda xidmət aparır. O, yaxşı bilir ki, işğalçı qüvvələrin tərkibindədir".

Məsələni şərh edən millət vəkili, Azərbaycanın hakim partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri Aydın Mirzəzadə Ermənistanda bu gün insan resurslarının çox zəif olduğunu və hazırda Yerevanın cəbhə xəttində çox az sayda hərbçi yerləşdirə bildiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, bu, artıq Ermənistan üçün ciddi bir problemə çevrilib: "Bu gün Ermənistan hökuməti cəbhə xəttində ora yaxın kəndlərin sakinləri ilə müqavilə imzalayaraq, onları keşikçi kimi postlara qoyur. Daxili qoşunlarla ordunun funksiyaları tamamilə fərqlidir və bu addım hərbi ekspertlər tərəfindən çox səmərəsiz addım kimi dəyərləndirilir".

Deputat vurğulayıb ki, bu gün Ermənistanın cəbhə xəttində əsgər yerləşdirməyə resursları olmadığı üçün belə bir qərar verməyə məcbur olub: "Ermənistanın artıq uzanan bu müharibədə bütün imkanları tükənib. Əgər əvvəl Ermənistanın maliyyə imkanları tükənmişdisə, indi insan resursları da tükənmək üzrədir. Sonda Ermənistanın ağ bayraq qaldırmaqdan başqa yolu qalmayacaq".

Xəbər lenti
0