06:54 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Fransanın Ermənistandakı səfiri Conatan Lakot

Fransalı diplomat Yerevanda Qarabağ bəyanatı verdi: "Başqa yol yoxdur"

© Sputnik / Asatur Yesayants
QARABAĞ
Qısa URL
1108 0 0

Conatan Lakot: "Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli mümkün deyil"

BAKI, 12 iyul — Sputnik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə həll edilə bilməz. Sputnik Ermənistan xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot bu gün keçirdiyi mətbuat konfransında bildirib.

NATPO liderlərinin Brüssel görüşü, 11 iyul 2018-ci il
© Foto : Benoit Doppagne / Pool via REUTERS

Səfirin sözlərinə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana fikrini çatdırıb. Lakot vurğulayıb ki, Fransa rəhbərliyi Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu həll edilə bilməsinə dair bəyanatlarını pozitiv dəyərləndirir.

"Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli mümkün deyil, yalnız sülh danışıqları vasitəsilə nizamlanma mümkündür. Fransa da bu mövqeyə sadiqdir" — deyə Lakot qeyd edib.

Fransa səfirinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Brüssel görüşü çoxdan gözlənilirdi: "Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələdə götürüdüyü öhdəlik və prinsiplərə sadiqdir".

Qeyd edək ki, iyulun 11-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə ilk görüş keçirilib.

Brüsseldə keçirilən görüş 4 saata yaxın davam edib. Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi razılaşdırılıb. Həmçinin, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb

Əlaqədar

Avropa İttifaqından "son dərəcə vacib" Dağlıq Qarabağ çağırışı
Dağlıq Qarabağla bağlı kritik görüşün vaxtı açıqlandı
Dağlıq Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında gündəmə gəldi
Ermənistan ordusu Dağlıq Qarabağda hərbçisini itirdi
"Dağlıq Qarabağda baş verən qiyamlar Bakını müdafiəsiz qoydu"
Rusiya Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədi
Teqlər:
Conatan Lakot, güc yolu, Emmanuel Makron, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan, Fransa, səfir, həll

Əsas mövzular