07:42 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
97 0 0

Elmar Məmmədyarov: "Sarkisyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir"

BAKI, 9 iyul — Sputnik. "2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin".

Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov "AZƏRTAC"a müsahibəsində bildirib. Onun sözlərinə görə, göründüyü kimi, Ermənistanda labüd siyasi böhran baş verib: "Azərbaycan bunu daim bəyan edirdi ki, Sarqsyan rejiminin yürütdüyü siyasət Ermənistanı uçuruma aparır. Ermənistandakı siyasi prosesləri təmkinlə və yaxından izləyərək Azərbaycan tərəfi bildirdi ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr sağlam düşüncəli siyasət yürüdərlərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar".

"Əgər onlar da Sarqsyan rejiminin yolu ilə gedərlərsə, onları da eyni aqibət gözləyir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər" — XİN başçısı vurğulayıb.

E. Məmmədyarov bildirib ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir: "Və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır. Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir".

Nazirin sözlərinə görə, münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır: "İyulun 11-də Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Seçim Ermənistan tərəfdədir. Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox".

Əlaqədar

Dağlıq Qarabağla bağlı kritik görüşün vaxtı açıqlandı
Dağlıq Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında gündəmə gəldi
Ermənistan ordusu Dağlıq Qarabağda hərbçisini itirdi
"Dağlıq Qarabağda baş verən qiyamlar Bakını müdafiəsiz qoydu"
Rusiya Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədi
Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır
Teqlər:
Serj Sarqsyan, xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan, seçki, Azərbaycan, rejim, razılıq

Əsas mövzular