23:21 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
0 0 0

Aİ: Həll edilməmiş münaqişə regionda sabitlik və tərəqqiyə mane olur

BAKI, 20 iyun — Sputnik. "Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur". Sputnik Azərbaycan xəbər verir ki, bu, Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqı münasibətləri haqqında sənəddə qeyd olunur.

"Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə tezliklə siyasi yolla həllini tapmalıdır" — deyə sənəddə bildirilir.

Əlavə edilir ki, 2003-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri arasında dialoqun təşviqinə çalışır: "Avropa İttifaqı, o cümlədən Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına istiqamətlənən səylərini dəstəkləyir və tamamlayır".

Əlaqədar

Dağlıq Qarabağ münaqişəsinə dair narahatlıq bəyanatı verildi
Dağlıq Qarabağa qanunsuz səfər etmiş məşhur yazar və aparıcı özünü öldürdü
Ermənistan ordusu Dağlıq Qarabağda hərbçisini itirdi
PA rəsmisi: "Dağlıq Qarabağdakı ermənilərin əksəriyyəti həqiqəti deməyə qorxur"
Teqlər:
sabitlik, region, Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqı, Ermənistan, sənəd

Əsas mövzular