QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağ münaqişəsinə dair narahatlıq bəyanatı verildi

© freeguides.meDağlıq Qarabağ
Dağlıq Qarabağ - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması: Paşinyanın çıxışı sülhməramlı potensialın inkişafına maneələr yarada bilər

BAKI, 11 iyun — Sputnik. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması (VSP) Ermənistanın baş naziri Nikol Paşinyanın 2018-ci il iyunun 7-də Ermənistan Respublikasının Milli Məclisində çıxışı ilə əlaqədar bəyanat verib. Platformadan Sputnik Azərbaycan-a verilən məlumata görə, bəyanatda qeyd olunub ki, 2018-ci il iyunun 7-də Ermənistan Milli Məclisində hökumətin proqramını təqdim edərkən, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanda potensialın olmasına şübhə etdiyini bildirib.

Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan
Paşinyandan sensasion bəyanat: İl ərzində istefa verəcəyəm

"Xalqlarımız arasında ədalətli sülh və barışığın davamlı təmin olunması və dəstəklənməsi məqsədilə 2016-cı ildə Azərbaycan və erməni xalqlarının nümayəndələrinin təşəbbüsü ilə yaradılan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması, təəssüflə qeyd edir ki, cənab baş nazirin bu sözləri xalqlarımız arasında düşmənçiliyin alovlanmasına səbəb ola və sülhməramlı potensialın inkişafına maneələr yarada bilər" — deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması fəaliyyəti dövründə münaqişə nəticəsində Azərbaycanı tərk etmiş onlarca erməni millətindən olan şəxslərə doğma və əziz yerlərini ziyarət etmək, qohumları və dostları ilə görüşmək imkanlarını yaradıb və yaratmaqdadır: "Onların Azərbaycana səfərləri və sülh yolu ilə keçmiş əlaqələrini bərpa etmək istəyi, eləcə də Azərbaycan cəmiyyətində onlara göstərilmiş səmimi qarşılama xalqlarımızın sülhməramlı potensialının mövcudluğunun və bu tükənməz resursdan istifadə edilməsinin zəruriliyinin ən yüksək sübutudur".

O da diqqətə çatdırılır ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının iki qonşu xalq arasında inamın bərpasına yönələn fəaliyyətləri müxtəlif ölkələrin vətəndaş cəmiyyəti və beynəlxalq qurumlar arasında geniş dəstək qazanıb: "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu gün əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin, tərəflərin arasında gərginliyin azaldılmasının və qarşılıqlı etimad yaratma mexanizmlərinin inkişaf etdirilməsinin əsas təşəbbüskarıdır".

"Biz baş nazir cənab Nikol Paşinyanın bəyanatlarının erməni xalqının sülhməramlı təşəbbüslərinə qarşı çıxmaq cəhdi olduğuna inanmaq istəmirik. Biz əminik ki, nə Azərbaycan, nə Ermənistan cəmiyyətlərində etnik və dini zəmində nifrət və düşmənçilik mövcuddur. Və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun olaraq tezliklə sülh və ədalətlə həll olunmalıdır" — VSP vurğulayır.

Bəyanat müəlliflərinin qənaətinə görə, Ermənistanda siyasi proseslər və hökumətdəki dəyişikliklər müsbət yeniliklərə ümid yaradır: "Həm ölkənin yeni rəhbərliyi, həm də Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı anlaşmaya nail olmaq, danışıqları bərpa etmək və Ermənistan və Azərbaycan arasında sülh və əmin-amanlığın bərqərar olmasına dair bütün səylərini səfərbər etməlidirlər".

Xəbər lenti
0