19:33 25 İyun 2018
Canlı yayım
  • RUB0.0269
  • USD1.7000
  • EUR1.9810
Vladimir Putin və Nikol Paşinyan Soçi görüşü zamanı, 14 may 2018-ci il

"ABŞ Ermənistanı "ovladı", Rusiya da Azərbaycanı dəstəkləməlidir"

© Sputnik / Mikhail Klimentyev
QARABAĞ
Qısa URL
73810

"Birləşmiş Ştatlar öz arzusunu Paşinyanla Ermənistanda olduğu kimi Qarabağda da həyata keçirmək niyyətindədir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Son günlər Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsində əhali və qondarma "rejim" arasında gərginlik yaşanır. Belə ki, bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə "Milli Təhlükəsizlik Xidməti" əməkdaşları arasında qarşıdurma yaşanıb.

Xankəndidə məişət zəminində baş verdiyi iddia olunan insident böyüyərək kütləvi hal alıb. Vəziyyət o qədər gərginləşib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyan Qarabağdakı vəziyyət barədə ard-arda bəyanatlar səsləndirərək yerli erməniləri sakitliyə çağırıblar.

Sputnik Azərbaycan məsələ ilə bağlı Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztəklə həmsöhbət olub. O, qeyd edib ki, mayın 8-də Ermənistanda baş verən iqtidar dəyişikliyi ilə baş nazir postuna gətirilən Nikol Paşinyanın "hakimiyyət sərxoşluğu" ilə nə edəcəyi bəlli deyil.

"Sarqsyanın parlamentdəki tərəfdarları onun sağlam düşünmə və hərəkət etməsinə mane olacaq. Paşinyan Birləşmiş Ştatlar və Sorosun dəstəyi ilə Qarabağda lider durumunda olan Bako Saakyanı uzaqlaşdırıb, bölgədə də öz adamlarını rəhbərliyə gətirmək istəyir" — Öztək bildirib.

Türk professor Qarabağda baş verənlərdə ABŞ-ın əlinin olması variantını da istisna etməyib: "İşğal altında olan Azərbaycan torpağında — Qarabağda ABŞ-ın da öz maraqları var. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar da Birləşmiş Ştatların Ermənistanı Rusiyanın təsirindən çıxarıb, ABŞ və Avropa İttifaqı istiqamətinə yönləndirmək istəyinin tərkib hissəsi idi. ABŞ bu şiddətli arzusunu Paşinyanla Ermənistanda olduğu kimi Qarabağda da həyata keçirmək niyyətindədir. Birləşmiş Ştatlarda yaşayan erməni diasporu Qarabağda da ABŞ siyasətini aktiv hala gətirib".

Professor İbrahim Öztək
Professor İbrahim Öztək

Anadolu Aydınlar Ocağının sədri vurğulayıb ki, vəziyyət daha da gərginləşsə, Rusiya Qarabağ məsələsində Azərbaycanı dəstəkləyəcək: "ABŞ siyasətinin ana xəttinin bir parçası da Ermənistanı və Qarabağı Rusiya təsirindən çıxarmaqdır. Bu məsələdə son illər Türkiyə ilə Rusiya arasında yaxınlaşmanın önəmi də danılmazıdır. Rusiya bu günə qədər ikiüzlü davranan Ermənistanı hərbi və siyasi baxımdan dəstəkləyib".

"Lakin bundan sonra rəsmi Moskva Qarabağda dəstəyini Azərbaycanın lehinə istifadə etməyə məcburdur. 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgəsində yaşanan müharibə fürsətindən istifadə edən ABŞ öz donanmasının bir hissəsini Qara dənizə göndərib, bu bölgənin hüzurunu pozub. ABŞ hər fürsətdə bu bölgəni təzyiq altında saxlayacaq. Çünki Böyük Yaxın Şərq layihəsinin də bir parçası gələcəkdə Xəzər dənizinin neft hövzəsinə çatmaqdır" — türkiyəli professor əlavə edib.

Ekspert Azərbaycanın Qarabağdakı son vəziyyətdən istifadə etməli olduğunu da qeyd edib: "Rusiyanın 2044-cü ilə qədər Ermənistanın Gümrü şəhərində istifadə edə biləcəyi bir hərbi bazası var. Rusiyanın buranı tərk etməsi gözlənilmir. Bununla bağlı Rusiya ilə olan yaxşı münasibətlər çərçivəsində Türkiyənin açıq dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi Qarabağda yaşayan ermənilərin sayının artmasını əngəlləyəcək. Azərbaycan Qarabağda baş verənləri öz lehinə çevirməlidir".

Əlaqədar

Moskvada mühüm Qarabağ görüşü başladı
Lavrov və Mnatsakanyan Dağlıq Qarabağı müzakirə edəcəklər
"Qarabağ klanı"nın qara günləri başladı
Qarabağda kütləvi istefa: Etirazlara səbəb olan “vəzifəli şəxslər” gedirlər
Qarabağa qanunsuz turist səfərinin qarşısı alındı
Teqlər:
İbrahim Öztək, Anadolu Aydınlar Ocağı, Dağlıq Qarabağ bölgəsi, Nikol Paşinyan, Serj Sarqsyan, Bako Saakyan, professor, Avropa İttifaqı, Ermənistan, Türkiyə, Birləşmiş Ştatlar, Azərbaycan, ABŞ, işğal

Əsas mövzular