QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Avropalı məmurdan Qarabağ probleminin həllinə dair sərt bəyanat

© AFP 2023 / MICHAEL MAINVILLE Разрушенная мечеть в оккупированном городе Шуша, фото из архива
Разрушенная мечеть в оккупированном городе Шуша, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyasız Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil - Aİ Komissarı

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Dağlıq Qarabağ münaqişənin Azərbaycanın üçün nə dərəcə ağrılı və həssas olduğunu bilirik. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin onilliklər ərazisində davam etdirilməsində maraqlı deyil.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Gunter Ettinger Bakıda "ADA" Universitetində "Qlobal hadisələr fonunda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyəti" mövzusunda çıxışı zamanı bildirib: "Avropa Komissiyası münaqişənin həllində birbaşa iştirak etmir. Lakin ATƏT-in Minsk qrupunu həmsədr ölkəsi olan Fransa tərəfi ilə prosesi izləyir. Bizim mövqeyimiz bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın iştirakı olmadan mümkün deyil. Hazırda Avropa və Rusiya arasında münasibətlər elə də yaxşı deyil. Ortada Krım, sanksiyalar kimi məsələlər var. Hesab edirəm ki, konstruktiv mövqeyə qayıtmalıdır. Bu bütün dünya proseslərin inkişafı baxımından önəmlidir".

Ettinger həmçinin qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam edir. Bir çox məsələr barədə tərəflər arasında razılıq əldə olunub: "Bu danışıqlar kompleks xarakter daşıyır Bəzi fikir ayrılıqları var ki, bunlar da əsasən ticarət sahəsi ilə bağlıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olsaydı bu daha asan olardı. Avropada 6 komissarın mandatı gələn ikin oktyabrı bitir. Biz və Azərbaycan hökuməti çalışacayıq ki, saziş o vaxta qədər hazır olsun. Həmin il həm də aramızda mövcud olan Əməkdaşlıq və Tərəfdaşlıq sazişinin 20 illiyi qeyd olunacaq. Ümid edirəm ki, gələn il bu saziş hazır olacaq"

Xəbər lenti
0