QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

PA rəsmisi: "Dağlıq Qarabağdakı ermənilərin əksəriyyəti həqiqəti deməyə qorxur"

© Sputnik / Murad OrujovЗавсектор Администрации Президента Азербайджанской Республики, политолог Фуад Ахундов
Завсектор Администрации Президента Азербайджанской Республики, политолог Фуад Ахундов - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Axundov: "İrəvanın ermənilərə verilməsi ilə bir növ bu şəhərin dağıdılması prosesinə başlanıldı"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. Ermənistan-Azərbaycan münaqişəsinin reallıqlarının çatdırılması baxımından erməni ictimaiyyətinin informasiya dəstəyi olduqca önəmlidir.

Bu barədə Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində keçirilən mətbuat konfransında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bildirib. 

"Mən çox şadam ki, biz erməni cəmiyyətindən cavab alırıq. Ermənistanda ağıllı adamlar var ki, onların tarixin saxtalaşdırılmasına ehtiyacları yoxdur. Onlar xalqın aldadılmasına qarşıdırlar. Dağlıq Qarabağda olan ermənilərin böyük əksəriyyəti tarixi həqiqəti deməyə qorxurlar" — deyə Axundov qeyd edib. 

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixi ərazisi olan İrəvanın Ermənistana verilməsindən 100 il keçir: "Azərbaycan, Ermənistan və Gürcüstan müstəqillik əldə etdikdən sonra ermıni hökuməti ərazi iddiaları əsasında Bakı və Tbilisiyə müharibə elan etdi. Lakin Gürcüstanla müharibə Azərbaycanla olan və bu gün davam edən müharibə kimi qanlı olmadı". 

Воздушный шарик, пересекший армяно-турецкую границу - Sputnik Azərbaycan
Ermənistanda panika: Əhali təhlükəsizlik qüvvələrinə müraciət etdi

İrəvanın ermənilərə verilməsi ilə bir növ bu şəhərin dağıdılması bu prosesinə başladıldı: "Məhz 29 maydan İrəvan şəhərinin dağıdılmasına başlanıldı. Bu proses daha sonra müntəzəm şəkildə davam etdirildi. Son binalar isə 21 əsrdə dağıdıldı.

Biz İrəvan qalasının yeni şəkillərini Gürcüstan Arxiv muzeyində apardığımız araşdırmalar zamanı aşkarlamışıq. Bu şəkillər Rusiyanın pioner fotoqrafı hesab olunan Yermakov tərəfindən çəkilib. Şəkillər İrəvan qalasının 1901-1905-ci illərdə olan vəziyyətini əks etdirir. Artıq o şəkillərdən İrəvan qalasının ermənilər tərəfindən dağıdılmağa başladığını görmək olar. Maraqlı məqam bundan ibarətdir ki, bu şəkillər sonradan 1912-ci ildə Rusiya imperatoru İkinci Nikolaya təqdim olunur. O, bu şəkillərlə tanış olduqdan sonra qalanın, onun ətrafında olan binaların bərpa edilməsi haqqında qərar qəbul edir. Lakin birinci Dünya müharibəsi başladığından bu qərarı həyata keçirmək mümkün olmur".

Axundov qeyd edib ki, sovet vaxtında ermənilər Mikoyanın dəstəyi ilə İrəvan qalasının 850 binasını tamamilə söküb, məhv edə biliblər.

Xəbər lenti
0