QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məmmədyarov Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşür

© Photo : Twitter / Hikmet HajiyevXarici işlər naziri E.Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür
Xarici işlər naziri E.Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev: "Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır"

BAKI, 15 may — Sputnik. Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) arasında görüş başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı öz "Twitter" səhifəsində Azərbaycan xarici işlər nazirinin rəsmi nümayəndəsi Hikmət Hacıyev paylaşıb.

"Xarici işlər naziri E.Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur. Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır", — deyə Hacıyev qeyd edib.

Xəbər lenti
0