QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan - Ermənistan sərhədində nə baş verir?

© REUTERS / Zulfiya SafkhanovaAzərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli
Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan Müdafiə Nazirliyi: Bu gecə erməni hərbi qulluqçuları Ermənistan-Azərbaycan sərhədlərini pozmağa cəhd edən altı xarici ölkə vətəndaşını saxlayıb

BAKI, 8 may — Sputnik. Ermənistanda Azərbaycan tərəfdən respublikanın ərazisinə qanunsuz yolla daxil olmağa cəhd edən əcnəbi vətəndaşlar saxlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz "Facebook" səhifəsində yazıb.

"Bu gecə erməni hərbi qulluqçuları Ermənistan-Azərbaycan sərhədlərini pozmağa cəhd edən altı xarici ölkə vətəndaşını saxlayıb" — deyə Ovannisyan bildirib.

İnsidentin təfərrüatları məlum deyil. O barədə daha ətraflı sonra məlumat veriləcək.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur.

Xəbər lenti
0