12:34 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
1903 0 0

Ermənistan prezidenti: "İlham Əliyevi şəxsən tanıyıram, kifayət qədər yaxşı"

BAKI, 8 may — Sputnik. Ermənistanın yeni prezidenti Armen Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevi çox yaxşı tanıdığını bildirib və Qarabağ münaqişəsi zonasında gərginliyin baş verməsi ehtimalını istisna etməyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan prezidenti "Exo Moskvı" radiosuna müsahibəsində deyib.

O, "Ermənistandakı hadisələrdən rəsmi Bakı öz xeyrinə istifadə edə bilərmi" sualına belə cavab verib: "Bunu heç cür şərh edə bilmərəm. Çünki İlham Əliyevi şəxsən tanıyıram. Kifayət qədər yaxşı. Lakin vəziyyət və siyasət elədir ki, an çox həssasdır. Yəni Dağlıq Qarabağda gərginliyin artması ehtimalını heç bir halda istisna etmək olmaz. Bu isə o anlama gəlir ki, ilk iş günündən etibarın yeni hökumət sərhədlərin təhlükəsizliyi ilə ciddi məşğul olmalıdır".

Armen Sarkisyan qeyd edib ki, Rusiya Ermənistanın strateji və hərbi-siyasi tərəfdaşıdır: "Hamıya məlumdur ki, Ermənistanda ordu Rusiya ordusuna çox yaxındır. Ordumuz NATO və Çin istehsalı deyil, Rusiya istehsalı olan silahla təchiz edilir".

Sarkisyan xatırladıb ki, Ermənistan və Rusiya təhlükəsizlik üzrə eyni təşkilatın üzvləridir və əminliklə bildirib ki, Rusiyanın hərbi bazası Ermənistana lazımdır: "Mən daha əvvəl də demişəm ki, bu hərbi bazanın Rusiyaya lazım olduğunu deyə bilmərəm. Bu barədə Rusiya, onun prezidenti və hökuməti qərar verməlidir. Lakin bu baza Ermənistana lazımdır".

"Bu bazanın Ermənistanla Türkiyənin sərhədinin yaxınlığında yerləşdiyini bilərək, həmişə dəstəkləyərək mübarizə aparacağam ki, bu qardaşlıq və hərbi-siyasi münasibətlər güclü olaraq qalsın", — Sarkisyan sözlərini yekunlaşdırıb.

Əlaqədar

Qarabağın komendantı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bağlı örtülü məqamları açdı
Ermənistan Azərbaycana qarşı ciddi təxribat törədib
Ən qüdrətli orduların reytinqi: Azərbaycanla Ermənistan arasında böyük fərq var
Teqlər:
hərbi baza, Rusiya, Qarabağ münaqişəsi, İlham Əliyev, Azərbaycan, Armen Sarkisyan, prezident, Ermənistan

Əsas mövzular