15:28 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Ermənistanda etiraz aksiyaları (35)
586 0 0

Politoloqun fikrincə, bu proseslər həm də yeni siyasi formatların yaranmasına gətirib çıxaracaq

BAKI, 25 aprel — Sputnik. "Ermənistandakı hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək. Ermənistanda gedən proseslər təkcə hakimiyyəti dəyişmədi". Bunu Ermənistanda baş verən son hadisələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirlərini Sputnik Azərbaycan-a şərh edərkən politoloq İlqar Vəlizadə deyib.

İndiki iqtidarı əvəz edən qrup daha radikaldır 

Politoloq İlqar Vəlizadə
© Sputnik / Murad Orujov
Politoloq İlqar Vəlizadə
Politoloqun fikrincə, bu proseslər həm də yeni siyasi formatların yaranmasına gətirib çıxaracaq: "Çox güman ki, Ermənistanın yeni daxili siyasəti qurulacaq. Ancaq onu da demək lazımdır ki, indiki iqtidarı əvəz edən qrup daha radikaldır. Bu proseslərdə Qarabağla bağlı vəziyyət çox da dilə gətirilmədi. Biz bilirik ki, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti və aqressiv mövqeyi var. Ona görə də düşünürəm ki, Ermənistanda yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə müsbət təsir göstərməyəcək".

Yeni hakimiyyət formalaşandan sonra hansısa müsbət gözləntilərə ümid etmək olar

İ.Vəlizadə deyib ki, bundan sonra hansı hadisələrin baş verəcəyi prosesin sonrakı inkişafından asılı olacaq: "Əgər yeni hakimiyyətdə münaqişənin həllinə daha yumşaq yanaşan siyasi qruplara yer verilsə, müəyyən dəyişikliklər gözləmək olar. Ermənistanda yeni hakimiyyət formalaşandan sonra daha dəqiq demək olacaq ki, hansı müsbət gözləntilərə ümid etmək olar".

Qeyd edək ki, Ermənistanda davam edən 11 günlük aksiyalardan sonra Serj Sarqsyan Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb. Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Karen Karapetyan müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin olunub.

Mövzu:
Ermənistanda etiraz aksiyaları (35)

Əlaqədar

ABŞ-dan Dağlıq Qarabağda böyük müharibə anonsu
Fransa prezidentindən Dağlıq Qarabağ problemi barədə önəmli bəyanat
Rusiya prezidentliyinə namizəd Dağlıq Qarabağdan danışdı
Məşhur rusiyalı general Bakıda: Mövzu Dağlıq Qarabağdır
Niderlandda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Əsas mövzular